Neft ixracı 1 % ə yaxın azalıb
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
2025-ci ildə gömrük bəyannamələrinə əsasən, Azərbaycan 23 milyon 381 min 284,82 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Bu barədə Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.
Azərbaycandan ixrac edilən xam neftin dəyəri 12 milyard 091 milyon 147,47 min ABŞ dolları təşkil edib.
İxrac edilən xam neftin həcmi 2024-cü il ilə müqayisədə 0,9%, dəyəri isə 16,2% azdır.
Ötən il Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 48,28% olub.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49 milyard 423 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 25 milyard 43 milyon ABŞ dolları ixracın, 24 milyard 380 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,7% azalıb, idxal isə 15,8% artıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 21 Yanvar 2026 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















