Icma.az
close
up
RU
Neft niyə ucuzlaşır və bu, dünyaya nə vəd edir?

Neft niyə ucuzlaşır və bu, dünyaya nə vəd edir?

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Uzunmüddətli trendlər, kartel iqtisadiyyatından imtina və xammal erasının tənəzzülü: 2025-ci ilin aprelində neftin qiymətinin enməsi qlobal iqtisadiyyatda sistemli dəyişikliklərin xəbərçisidir.

Milli.Az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

2025-ci ilin aprel ayı dünya neft bazarı üçün həlledici dövrə çevrildi. Brent markalı neftin bir barelinin qiyməti 65 dollara qədər endi - bu, pandemiya dövründən bəri qeydə alınan ən aşağı həddir. Qiymətlərin bu kəskin ucuzlaşması OPEC-in yeni kvotaları ilə üst-üstə düşdü. Amma gözləntilərin əksinə olaraq, bu kvotalar hasilatın azaldılması yox, onun artırılması siqnalı kimi çıxış etdi. Neft kartelinin illərdir işləyən mexanizmi çat verdi. Bir vaxtlar qiymətlərin sabit qalması naminə hasilatı könüllü şəkildə məhdudlaşdıran ölkələr indi "hər kəs öz başının çarəsinə baxır" prinsipi ilə hərəkət etməyə başlayıb. Bu, sadəcə bazar volatilliyi deyil - bu, struktur dəyişikliyinin başlanğıcıdır.

Baş verənlərin miqyasını anlamaq üçün 2022-ci ilin mayına - post-COVID tənəzzülündən sonra neft qiymətlərinin zirvəyə çatdığı dövrə nəzər salaq. Həmin vaxt Brent nefti 1 barel üçün 120 dollara yüksəlmişdi. Səbəblər bəlli idi: Rusiyaya qarşı sanksiyalar, Avropada enerji böhranı və Çindəki bərpa prosesi. Amma o zamandan bəri azalma dayanmadan davam edir.

2022-ci ilin sonu - Brent $90 - 100 aralığında sabitləşdi.
2023-cü ilin yazı - ABŞ-da ehtiyatların artması və dolların möhkəmlənməsi fonunda qiymət $82-ə düşdü.
2023-cü ilin payızı - Fars körfəzində eskalasiya nəticəsində $95-ə qısa müddətli sıçrayış oldu.
2024-cü ilin fevralı - Ukraynadakı müharibəyə baxmayaraq qiymət $80-dən aşağı endi.
2024-cü ilin avqustu - $70-ə eniş, dünya enerjiyə qənaət rejiminə keçir.
2025-ci ilin aprel ayı - $65: bu, artıq neftdən asılı olan iqtisadiyyatlarda panika həddidir.

Trendlər aydındır. Cəmi üç il ərzində qiymətlər demək olar ki, ikiqat azalıb. Bu, keçici böhran deyil - bu, yeni reallıqdır.

Neft istehlakının azalması artıq sadəcə iqtisadi parametr deyil - bu, strateji mahiyyət alıb.

Elektromobillər və dekarbonizasiya

Çin 2024-cü ildə 13 milyondan çox elektromobil satıb. Hindistan isə 2 milyon civarında - illik artım tempi 100 faizdir. Baş nazir Modinin təşəbbüsü ilə həyata keçirilən "Yaşıl Bharat" proqramı 2030-cu ilə qədər şəhər nəqliyyatında daxiliyanma mühərriklərindən tam imtinaya yönəlib.

Qaza və bərpa olunan mənbələrə keçid

Avropada 2024-cü il dönüş nöqtəsi oldu - ilk dəfə olaraq istehsal olunan enerjinin 60 faizdən çoxu təbii qaz və bərpa olunan mənbələrdən əldə edildi. Almaniya və Fransa neft idxalını müvafiq olaraq 12 və 9 faiz azaltdı.
Çində iqtisadi ləngimə

Çin iqtisadiyyatı son 30 ildə ən aşağı artım səviyyəsinə - illik 3,4 faiz - düşüb. Afrika və Rusiyadan neft idxalı altı rübdür ki, azalır.

ABŞ-ın yeni enerji strategiyası

Donald Trampın yenidən hakimiyyətə gəlməsi ilə ABŞ sərt proteksionizmə qayıdıb. Ağ Ev strateji ehtiyatlarla bağlı siyasəti sərtləşdirib, şist neft hasilatını stimullaşdırır. Eyni zamanda qeyri-sabit regionlardan gələn neftə rüsumlar tətbiq olunur - bu isə tələbi daha da zəiflədir.
Tələb zəiflədikcə, amma təklif artırsa - bu, bazarın daimi profisit mərhələsinə keçməsi deməkdir.

Təchizat partlayışda: karteldənkənar oyunçular hücumda

Braziliya və Qayana meydanda

Qayana: 2027-ci ilə qədər gündəlik hasilat 1,2 milyon barelə çatacaq (2021-də bu rəqəm cəmi 250 min idi).
Braziliya: 2030-cu ilə qədər hasilat 5,5 milyon barelə çatacaq (hazırda 3,3 milyon). Bütün bunlar - 25 - 30 dollarlıq maya dəyəri ilə.

ABŞ: şist neftin cavabı

Bəzi ştatlarda resessiyaya baxmayaraq, ABŞ Energetika Agentliyi (EIA) 2025-ci ilin sonunadək hasilatın 13,8 milyon barelə çatacağını proqnozlaşdırır. Texnoloji inkişaflar son 5 ildə xərcləri 40 faizə qədər azaldıb.

OPEC+ artıq işləmir

OPEC+ daxilindəki böhran getdikcə dərinləşir. 2024-cü ilin sonunda Səudiyyə Ərəbistanı birtərəfli şəkildə ixracı 1 milyon barel azaltmağa məcbur oldu - amma bu da qiymətləri saxlaya bilmədi. Kartel daxilində artan sabotaj fonunda heç bir intizam mexanizmi işləmir.

"Bu artıq kartel deyil, geosiyasi teatr tamaşasıdır," - deyə WoodMackenzie analitiki Riçard Perri istehza ilə bildirir.

OPEC+ dağılmaq üzrədir. 2025-ci ilin iyun ayında İraq, Küveyt və BƏƏ-nin kvotalardan rəsmən imtina edəcəyi gözlənilir. Beləcə, "neft anarxiyası" dövrü başlayacaq - hər bir ölkə maksimum hasilata can atacaq.

OPEC+ daxilindəki keçmiş tərəfdaşlar kvotadan imtina edib hasilatı təkbaşına artırmağa başlayanda, bazar mütləq daşacaq. Bu isə qiymət müharibəsinin ikinci raunduna gətirib çıxaracaq - 2014 - 2016-cı illərdə olduğu kimi. Amma bu dəfə risklər və oyunçular daha çoxdur: onlarla yeni aktor, ucuz maya dəyəri və nəhəng layihələrlə meydana çıxır.

1. Rusiya: büdcə böhranı və maya dəyəri ilə yaşamaq mübarizəsi

Maya dəyəri 40 - 50 dollar (bəzi yataqlarda isə daha yüksək) arasında dəyişən Rusiya nefti üçün $60-dan aşağı qiymətlər artıq rəqabət qabiliyyətini sıradan çıxarır. Bu, sadəcə zərər deyil - bu, strateji fəlakətdir.

2025-ci il büdcəsi $72-lik barel qiymətinə hesablanıb. İndiki $65 səviyyəsində isə büdcə kəsiri 4,5 trilyon rublu keçə bilər.

Ukraynada müharibənin maliyyələşdirilməsi, regionlara dotasiyalar və dövlət istiqrazlarının ödənişi risk altındadır.

Hətta sadiq alıcı sayılan Hindistan belə artıq bazar qiymətindən $12 - 15 aşağı endirim tələb edir.
"2026-cı ildə Rusiya hasilatı və ixracı kəskin şəkildə azaltmaq məcburiyyətində qala bilər - bu, siyasi yox, bazarın diktəsi olacaq," - deyə ABŞ EIA-nın baş analitiki Maykl Livinqston qeyd edir.

2. Səudiyyə Ərəbistanı: Vision 2030 strategiyasında dönüş nöqtəsi

Riyad uzun müddət bazarın tarazlayıcısı rolunu oynayıb - qiymətlərin yüksək qalması naminə hasilatdan imtina edirdi. Amma indi aydın görünür: yüksək neft qiymətləri artıq təminatlı resurs deyil.

Krallığın büdcə balansı yalnız $83 - 85 səviyyəsindəki barel qiyməti ilə mümkündür.
Əgər Brent $70-dan aşağı qalarsa - Səudiyyə ya nəhəng layihələrdən imtina etməli olacaq, ya da borca girməlidir.

3. Əlcəzair, İran, Nigeriya və Venesuela: defolt astanasındakı dövlətlər

İranda neftin rəsmi maya dəyəri 40 dollar olsa da, sanksiyalar və logistika səbəbindən bu rəqəm 55 dollara qədər yüksəlir.

Nigeriya və Venesuelada hasilat infrastruktur çöküşü, korrupsiya və xroniki maliyyə çatışmazlığı səbəbindən zərbə altındadır.

Bu ölkələrin heç bir maliyyə yastığı yoxdur və neft ucuzlaşdıqca ilk zərbəni onlar alacaq.
Dünyanın aparıcı analitik mərkəzləri arasında fikir ayrılığı yoxdur: qiymətlərin bərpası mümkünsə də, bu, yalnız qısamüddətli olacaq. 2025-ci ilin sonuna qədər Brent-in orta qiyməti $70-dan aşağı qalacaq. Əgər OPEC+ kvotaları tamamilə ləğv olunarsa, $60 həddi də asanlıqla keçilə bilər.

Mənbə

2025 proqnozu (Brent)

2026 proqnozu

EIA (ABŞ)

$74 → yenilənib: $68

$68

IEA (BEA)

$71

$65

Goldman Sachs

$63 (risk: $40)

$58

WoodMackenzie

$73

$69

JP Morgan

$50 - 55

$60

Xüsusilə Goldman Sachs-ın ssenarisi narahatedicidir: əgər OPEC+ məhdudiyyətlərdən imtina edərsə, Brent $40-a qədər çökə bilər. Belə bir ssenari hətta amerikalı istehsalçılar üçün də sarsıdıcı olacaq.

Neftin ucuzlaşmasını nə dayandıra bilər?

Regional münaqişələr və hasilat zonalarında sabotaj

İranda və ya Səudiyyə Ərəbistanında neft terminalına zərbə, Hörmüz boğazının blokadası, Yəmən və ya İraqda eskalasiya - bütün bunlar qiymətləri müvəqqəti olaraq artıra bilər.

Gözlənilməz tələbat artımı

Çin iqtisadiyyatının sürətli bərpası, karbohidrogenlərin utilizasiyasında texnoloji sıçrayış və ya "yaşıl enerji" layihələrinin uğursuzluğu neftə olan tələbi qısamüddətli artıra bilər.
Maliyyə müdaxiləsi
OPEC çərçivəsindən kənar koordinasiyalı hasilat azaldılması, dövlət müdaxilələri və ya artıq ehtiyatların birbaşa ləğvi də bazarı tənzimləyə bilər.

Amma bu ssenarilərin baş vermə ehtimalı olduqca azdır. Hazırkı bütün meqatrendlər onu göstərir ki, ucuz neft dövrü - təsadüf yox, yeni iqtisadi paradiqmadır.

2025-ci ilin aprelində neftin ucuzlaşması - qısamüddətli şok yox, illərlə formalaşan proseslərin nəticəsidir: texnoloji, siyasi və ekoloji faktorların sintezi. Dünya elə bir mərhələyə daxil olur ki, burada artıq neft iqtisadiyyatlara hökm etmir - əksinə, neft istehsalçıları getdikcə daha sərt rəqabət və azalan mənfəətlə yaşamağa məcburdur.

OPEC+, bir zamanlar qlobal bazarda hökmranlıq edən kartel, artıq nəzarəti itirir. Koordinasiyanın yerini xaos tutur. Bazar getdikcə daha parçalanmış və amansız olur.

İndi artıq qazanan o deyil ki, nefti çoxdur. Qazanan odur ki, onu daha ucuz hasil edir.

Neftdən asılı olan ölkələr qarşısında bir seçim var: ya dərin transformasiya, ya da resessiya və siyasi çöküş riski.

Neft yelləncəkləri aşağı düşdü. Hələlik heç nə bu hərəkatın əksinə çevriləcəyinə işarə etmir.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 01 May 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see491

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see382

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see359

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see270

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see256

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see255

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see250

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see246

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see238

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see229

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see228

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see225

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see219

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see218

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see206

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see201

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see198

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see184

Məşhur aktrisa film çəkilişi zamanı nənəsinin ölüm xəbərini aldı

01 Noyabr 2026 02:47see183

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri