Icma.az
close
up
RU
Neft savaşı gedirdi və optimal bir variant seçilməli idi MÜNASİBƏT BİLDİRİLDİ

Neft savaşı gedirdi və optimal bir variant seçilməli idi MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytına istinadən Icma.az xəbər verir.

"20 sentyabr həddindən artıq ağır və çətin bir dövr idi. Ümummilli lider hakimiyyətə təzəcə gəlmişdi. Ölkənin daxilində ağır məsələlər mövcud idi və onları həll etmək lazım idi. Xarici siyasətdə çoxlu boşluqlar və problemlər var idi, onlar da həll olunmalıydı. Ən vacib məsələ isə həm daxili, həm də xarici siyasət baxımından neft strategiyasının müəyyən olunması idi". Bu sözləri SİA-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, hər tərəfdən Azərbaycanın üzərinə hücumlar edilirdi: "Hər kəs Azərbaycan neftini öz nəzarətinə götürməyə çalışırdı. Hər kəs bilirdi ki, Azərbaycanın iqtisadiyyatı həmin dövrdə neft sənayesinin üzərində inkişaf edəcək. Düşmənlər çalışırdılar ki, Azərbaycanın neft sənayesi düzgün yola çıxmasın, düzgün təşkil olunmasın. Dost ölkələr isə dəstək verməyə çalışırdılar. Amma hər şey Azərbaycanın özündən asılı idi. Kənardan dəstək ilə heç nə əldə etmək mümkün deyildi.

O dövrdə Azərbaycanın nefti üzərində böyük maraqlar mövcud idi. Yüz il əvvəl də Azərbaycanın neftinə görə dünya dövlətləri arasında mübarizə gedirdi və həmin vəziyyət hələ də davam edirdi. Bir tərəfdən Rusiya öz iddialarını həyata keçirməyə çalışırdı, digər tərəfdən Qərb dövlətləri. Başqa dövlətlər də Azərbaycanın hakimiyyətinə təsir göstərərək neft və qaz mənbələrini öz nəzarətlərinə götürmək istəyirdilər. Qaz məsələsi isə hələ sonradan - 2008-2010-cu illərdən sonra ön plana çıxdı. Azərbaycan qazı öyrənildi və dünya bazarında əsas məhsullardan birinə çevrildi. Amma o dövrdə əsas mübarizə neft üzərində gedirdi. Neft savaşı gedirdi və optimal bir variant seçilməli idi.

Azərbaycanın siyasi lideri Heydər Əliyev bu çətin şəraitdə çoxsaylı axtarışlardan sonra ən optimal variantı seçdi - kollegial şəkildə məsələyə yanaşma. Yəni yalnız bir ölkə və ya böyük şirkətlə müqavilə bağlamaq Azərbaycanın maraqlarına uyğun deyildi. Bu, əlavə qısqanclıq və təzyiqlərə səbəb ola bilərdi. Nəticədə qərara gəlinir ki, ən azı səkkiz ölkə ilə bu məsələ müzakirə edilsin.

Bu ölkələrin içində qardaş Türkiyə, Fransa, Almaniya, Yaponiya, Səudiyyə Ərəbistanı və digər aparıcı dövlətlər var idi. Onların aparıcı şirkətləri də bu prosesə qoşuldu - ümumilikdə 13 şirkət. Nəticədə Azərbaycanın maraqları qorundu. Azərbaycanın 80%-dən artıq neft gəlirinin ölkədə qalması razılaşdırıldı. Bu, çox vacib idi. Həm də müxtəlif dövlətlərin iddiaları birləşdirilərək neytrallaşdırıldı. Ən əsası, ortada Azərbaycanın maraqları dayandı. Bu səbəbdən 20 sentyabr Neftçilər Günü kimi qeyd olunur. Bu tarix Azərbaycanın neft strategiyasının başlanğıcıdır. Sonrakı illərdə də bu siyasətin nəticələri özünü göstərdi. Həmin dövrdə Azərbaycanın neft sənayesi demək olar ki, dayanmışdı, xəzinəsi boş idi. Lakin bu strategiyanın nəticəsində neft istehsalı bərpa olundu, ölkənin büdcəsi formalaşdı. Bu, Azərbaycanda sosial proqramların həyata keçirilməsinə, iqtisadiyyatın gücləndirilməsinə və ordu quruculuğuna imkan yaratdı. Büdcə və maliyyə olmadan ordu yaratmaq və silah-sursat almaq mümkün deyildi. Neft strategiyası Azərbaycanın siyasi təməl daşı oldu və nəticələri sürətlə özünü göstərdi".

Sədrin sözlərinə görə, 2000-ci illərin əvvəllərindən etibarən neft sənayesi inkişaf yoluna çıxdı. Bu strategiya bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2017-ci ildə həmin müqavilənin müddəti yenidən uzadıldı və yeni ölkələr də prosesə qoşuldu. Neft-qaz xətti paralel şəkildə uğurla davam etdirilir. Amma əsas məsələ odur ki, bu strategiya ilə yanaşı qeyri-neft sektoru da inkişaf etdirilir.: "Azərbaycan rəhbərliyinin apardığı siyasət təkcə neftə söykənmir. Qeyri-neft sektorundan olan ixracın payı ildən-ilə artır və bu da davamlı inkişafın göstəricisidir. Sonda demək olar ki, o dövrdə təməli qoyulan neft strategiyası bu gün də öz töhfəsini verir. Azərbaycanın 2020-ci ildə torpaqlarını azad etməsi, azad edilmiş ərazilərdə bərpa işlərinin aparılması və həm xarici, həm də daxili siyasətdəki uğurlar bu strategiyanın düzgün müəyyənləşdirilməsi ilə mümkün oldu. Bu, Azərbaycanın gələcəyinə qoyulan möhkəm təməldir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Sentyabr 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see357

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see350

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see285

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see281

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see279

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see275

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see271

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see256

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see231

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see221

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see221

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see220

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see219

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see215

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see214

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see212

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see211

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see210

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see195

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri