Neft ucuzlaşmadan sonra yenidən bahalaşır
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Yaxın Şərqdəki münaqişənin səngiməsi əlamətləri səbəbindən əvvəlki sessiyanın yekunlarına görə ucuzlaşan neftin qiymətləri çərşənbə axşamı səhər saatlarında yenidən artıma doğru gedir.
Bu barədə Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir. Bakı vaxtı ilə saat 09:09-a olan məlumata görə, Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin oktyabr füçersləri 1.25 dollar (1.49%) dəyər qazanaraq bir barel üçün 85.02 dollara çatıb. Xatırladaq ki, bazar ertəsi "Brent" nefti 6.35 dollar (7%) ucuzlaşaraq bir bareli 83.77 dollar səviyyəsində qərarlaşmışdı.
Nyu-York Əmtəə Birjasının (NYMEX) elektron hərraclarında WTI markalı neftin sentyabr füçersləri isə eyni vaxtda 0.9 dollar (1.12%) artaraq bir barel üçün 81.24 dollara yüksəlib. Əvvəlki sessiya ərzində bu müqavilənin dəyəri 4.33 dollar (5.1%) azalaraq bir barel üçün 80.34 dollara düşmüşdü.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 04 Avqust 2026 14:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















