Neft zavoduna və elektrik stansiyasına zərbələr endirilib
Icma.az, Reyting.az portalına istinadən məlumat verir.
Ukrayna Təhlükəsizlik Xidmətinin pilotsuz təyyarələri və Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri Rusiyanın Ryazan Neft Emalı Zavoduna qarşı əməliyyatlar keçirib.
Reyting.az xəbər verir ki, bu barədə Ukrayna mediasına xüsusi xidmət orqanlarındakı mənbələr bildiriblər.
Məlumata görə, Ryazan Neft Emalı Zavodu ildə 17 milyon ton neft emal gücü ilə Rusiya Federasiyasının ən böyük zavodlarından biridir. PUA-nın zərbələri nəticəsində yaranan yanğın dizel yanacağı və aviasiya kerosininin hidrotəmizləmə qurğusunun yerləşdiyi sexi bürüyüb. Yerli sakinlər sosial şəbəkələrdə qeyd ediblər ki, 50-dən çox partlayış səsi eşidilib.
Bundan əlavə, Ukrayna dronları Ryazan neft nasos stansiyasına və Ryazan İstilik Elektrik Stansiyasına da hücum edib.
“Təhlükəsizlik Xidməti Müdafiə Qüvvələri ilə birlikdə Rusiyanın arxa cəbhəsindəki Rusiya hərbi-sənaye kompleksinə və neft sektoru müəssisələrinə qarşı effektiv “dron sanksiyalar” tətbiqinə davam edir. Düşmənin hərbi imkanlarının zəiflədilməsi üzrə işlər gələcəkdə də davam etdiriləcək”, - deyə Ukrayna Xüsusi Xidmətindəki mənbə bildirib.
Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Bryanskdakı “Silicon El” mikroelektronika zavodunun da zədələndiyini bəyan edib.
V. QULİYEV
Bu mövzuda digər xəbərlər:Orsk Neft Emalı Zavoduna gündüz vaxtı zərbə endirilib...
11 Noyabr 2025 18:03
Rusiyada neft bazalarına və strateji kimya zavoduna dronlarla zərbə endirilib
14 Dekabr 2025 12:15
Ukrayna Saratov neft emalı zavoduna və Krımdakı dəniz neft terminalına zərbələr endirib
11 Noyabr 2025 14:31
Ukrayna ordusu Ryazan Neft Emalı Zavoduna və Alçevsk Metallurgiya Zavoduna zərbələr ENDİRDİ VİDEO
06 Dekabr 2025 19:06
Rusiyanın Temryuk və Orenburqdakı neft və qaz obyektlərinə zərbələr endirilib
25 Dekabr 2025 16:32
Baxış sayı:128
Bu xəbər 24 Yanvar 2025 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















