Icma.az
close
up
RU
Neftçalada şagirdlər 3 həftə niyə dərssiz qalıb? RƏSMİ AÇIQLAMA

Neftçalada şagirdlər 3 həftə niyə dərssiz qalıb? RƏSMİ AÇIQLAMA

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Valideynlər Neftçala rayonunun Mirzəqurbanlı kənd orta məktəbində 5–9-cu siniflər üzrə müəllim çatışmazlığı səbəbindən sentyabrın 15-dən ayın sonunadək dərslərin keçirilmədiyini iddia edirlər.
Bizim.Media-ya müraciət edən valideynlərin sözlərinə görə, təxminən 30 şagird hər gün məktəbə getsə də, direktor Pərviz Hacıyev müəllim olmadığını bildirərək onları evə göndərib.
 

Valideynlərin sözlərinə görə, məktəb təmirli və lazımi avadanlıqlarla təmin olunub. Ötən tədris ilinin sonunadək burada 20-yə yaxın müəllim çalışıb və dərslər normal qaydada keçirilib. Lakin bu il müəllimlər başqa məktəblərə köçürülüb və nəticədə Mirzəqurbanlı kənd məktəbi müəllimsiz qalıb. Həmçinin dərslərin onlayn keçiriləcəyini deyərək məktəbə bir neçə kompüter də gətiriblər.


Amma daha sonra kompüterlər də aparılıb. Valideynlərin iddiasına görə hazırda məktəbdə yalnız direktor, iki ibtidai sinif müəllimi və xadimələr qalıb.
Övladlarının təhsilsiz qalmasından narahat olan valideynlər maddi imkanlarının məhdud olması səbəbindən uşaqlarını başqa məktəblərə göndərə bilmədiklərini deyirlər. Bir neçə valideyn uşaqlarını taksi ilə başqa məktəblərə göndərsə də, artıq onlar da maddi problemlər səbəbindən bunu edə bilmirlər.
Mövzu ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, yaranmış vəziyyət səbəbindən buraxılmış dərslərin müəyyən edilmiş qaydada kompensasiya olunması və şagirdlərin tədris proqramını tam mənimsəmələri üçün zəruri tədbirlərin görülməsi təmin edilir:
 

"Neftçala rayonunun Mirzəqurbanlı kənd ümumi orta, Rövşən Babayev adına Xoltəzəkənd kənd ümumi orta və Asif Dadaşov adına Yeniqışlaq kənd ümumi orta ümumtəhsil məktəblərində ixtisaslı müəllim çatışmazlığı səbəbindən tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə distant təhsil layihəsi (İT HUP) tətbiq olunur".


Məlumata görə, layihə çərçivəsində qeyd olunan məktəblər zəruri avadanlıqlarla tam təmin edilib.
Müəyyən müddət ərzində yaranmış texniki problemlər səbəbindən yüksəksürətli internet xidmətinin təmin olunmasında çətinliklər yaranıb. Bu müddətdə şagirdlərin təhsil prosesinin fasiləsizliyinin təmin edilməsi məqsədilə onların yaxınlıqda yerləşən digər ümumi təhsil müəssisələrinə ayrılmış nəqliyyat vasitələri ilə təhlükəsiz şəkildə daşınması təmin edilib.
"Hazırda texniki problem tam aradan qaldırılıb və məktəblərdə yüksəksürətli internet bağlantısı təmin olunub. Bununla əlaqədar şagirdlərin öz məktəblərində distant təhsil alması prosesi bərpa edilib və təhsil prosesinin fasiləsizliyi təmin olunub".
Fəridə, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Oktyabr 2026 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri