Icma.az
close
up
RU
Neftçalada Ulu Öndərin əziz xatirəsi anılıb FOTOLAR

Neftçalada Ulu Öndərin əziz xatirəsi anılıb FOTOLAR

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi Respublikamızın hər yerində olduğu kimi Neftçala rayonunda da dərin hörmət və ehtiram hissi ilə anılıb.

Modern.az xəbər verir ki, “12 dekabr Ulu öndər Heydər Əliyevin Anım günü” ilə əlaqədar Neftçala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidov, Neftçala RİH-nin məsul şəxsləri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Neftçala rayon təşkilatının sədri, idarə, müəssisə, təşkilat rəhbərləri və onların kollektivləri, şəhid valideynləri və müharibə iştirakçıları, eləcə də bir qrup ictimaiyyət nümayəndələri Ulu öndər Heydər Əliyevin şəhər mərkəzində ucalan əzəmətli abidəsi önünə gül dəstələri düzmüş, əziz xatirəsini ehtiramla anmışdırlar.

Sonra anım mərasimi Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan ehsan süfrəsi ilə davam etdirilib. 

İlk öncə Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir zamanı Neftçala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidov çıxış edərək bildirmişdir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan tarixinə öz adını əbədi həkk etmiş nadir şəxsiyyət, qüdrətli siyasi xadim, müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Rayon rəhbəri həmçinin çıxışında qeyd etmişdir ki, ərazi bütövlüyümüzün bərpası, Qarabağın düşmən tapdağından azad olunması Ulu Öndərin ideyalarının başlıca qayəsini təşkil edirdi. Mirhəsən Seyidov çıxışı zamanı bu gün Azərbaycanın tarixinin ən qüdrətli dövrünü yaşadığını bildirmiş, Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan cənab İlham Əliyevin məğrur və əzmkar siyasi qətiyyəti sayəsində Ulu Öndərin Azərbaycan xalqı üçün arzuladığı bütün istəklərinin həyata keçdiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. 

Daha sonra tədbirdə çıxış edən digər natiqlər – qabaqcıl təhsil işçisi, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” medalı ilə təltif olunmuş Ruhəngiz Nəcəfova, Rayon Ağsaqqallar Şurasının üzvü, veteran təhsil işçisi Şakir Bəşirov çıxış edərək Ulu öndər Heydər Əliyevin sarsılmaz, polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində Müasir Azərbaycan dövlətinin bünövrəsinin qoyulduğunu diqqətə çatdırmış, müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlət quruculuğunun inkişafında Ulu öndərin misilsiz xidmətləri barədə söz açmışdırlar.

Sonda iştirakçılar üçün ehsan süfrəsi təşkil olunmuşdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Dekabr 2024 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri