Icma.az
close
up
RU
Neftçalanın icra başçısı səyyar görüş keçirib

Neftçalanın icra başçısı səyyar görüş keçirib

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Mürsəqulu kəndinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Modern.az xəbər verir ki, ilk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Səyyar qəbul zamanı Xol Qaraqaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və kənd ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.

Çıxış edən natiqlər “Türk dünyasının birliyi və həmrəyliyi beynəlxalq sabitliyin və inkişafın dayağıdır” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, Türk dünyası xalqları arasında tarixi, mədəni və mənəvi bağların daha da möhkəmləndirilməsi müasir dövrdə regional əməkdaşlığın və beynəlxalq sabitliyin mühüm amillərindən birinə çevrilir. Qarşılıqlı etimad, həmrəylik və strateji tərəfdaşlıq əsasında formalaşan birlik Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır. Türk dövlətləri arasında siyasi dialoqun, iqtisadi tərəfdaşlığın, nəqliyyat və enerji əlaqələrinin, eləcə də elm, təhsil, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ortaq maraqların daha səmərəli şəkildə həyata keçirilməsinə xidmət edir. Türk dünyasının həmrəyliyi yalnız üzv və qardaş ölkələrin rifahına deyil, bütövlükdə Avrasiya məkanında sülhün, təhlükəsizliyin və davamlı inkişafın təmin olunmasına mühüm töhfə verir. 

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, Azərbaycanın dövlətçilik tarixində Türk dünyası ilə münasibətlərin möhkəmləndirilməsi, qardaş xalqlar arasında birlik və həmrəyliyin gücləndirilməsi hər zaman mühüm prioritetlərdən biri olub. Bu siyasətin təməlində Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən dövlətçilik xətti dayanır. Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətini ifadə edən “Bir millət, iki dövlət” kəlamı bu gün də iki qardaş ölkə arasındakı münasibətlərin əsas ideoloji və mənəvi dayaqlarından biridir. Ulu Öndər Heydər Əliyev türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin genişləndirilməsini Türk dünyasının gələcəyi baxımından mühüm amil hesab edirdi. Onun siyasi irsində Türk xalqlarının ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər ətrafında daha sıx birləşməsi xüsusi yer tuturdu.

RİH-nin başçısı bildirib ki, bu siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. Prezident cənab İlham Əliyev dəfələrlə Türk dünyasının Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biri olduğunu bəyan edib. Dövlətimizin başçısının ifadə etdiyi kimi, “Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur.” Bu yanaşma Azərbaycanın Türk Dövlətləri Təşkilatının gücləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətin mahiyyətini aydın şəkildə əks etdirir.

Azərbaycanın Türk dünyasının birliyinə verdiyi töhfələr Şuşada keçirilən beynəlxalq tədbirlərdə də öz aydın ifadəsini tapıb. 2024-cü il iyunun 15-də Şuşada keçirilən “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfrans Türk dünyasının qarşısında dayanan strateji məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyıb. Prezident cənab İlham Əliyev konfrans iştirakçılarına müraciətində Türk Dövlətləri Təşkilatının yeni strateji hədəflərə doğru inamla irəlilədiyini, təşkilatda təmsil olunan dövlətlər arasında dostluq, qardaşlıq, qarşılıqlı anlaşma, bərabərhüquqlu tərəfdaşlıq və çoxşaxəli əməkdaşlığın həm milli və regional, həm də qlobal miqyasda sabitliyə, təhlükəsizliyə və inkişafa xidmət etdiyini bildirib.

RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. 

Neftçala RİH-in başçısı, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri, 2026–2030-cu illər üçün kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramından irəli gələn vəzifələrin Neftçala rayonunda icrası, kənd təsərrüfatının inkişafı və bu sahədə mövcud potensialdan səmərəli istifadə istiqamətində həyata keçirilən tədbirlər haqqında görüş iştirakçılarını məlumatlandırıb.

Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən suvarma suyunun verilməsi, suburaxıcı qapının yerinin dəyişdirilməsi, suvarma suyuna nəzarət, Xol Qaraqaşlı ASM-də doğum şöbəsinin fəaliyyətinin bərpası və dövlət tərəfindən vətəndaşlara verilən dərmanların kənddə verilməsi, kənddaxili yolların təmiri, Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xolqarabucaq–Xəzərkənd avtomobil yolunun hərəkət istiqamətini göstərən yol nişanlanma xətləri ilə rənglənməsi və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Səyyar qəbul zamanı vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" //rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Avqust 2026 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see825

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see327

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see310

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see296

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see278

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see268

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see245

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see243

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see195

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see192

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see190

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see190

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see189

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see188

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see183

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see183

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see168

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri