Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

Yüksək qan təzyiqi yaddaşı pozur

Neftçalanın icra başçısı səyyar görüş keçirib FOTOLAR

Neftçalanın icra başçısı səyyar görüş keçirib FOTOLAR

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Həsənəbad qəsəbəsinin sakinləri ilə səyyar görüş keçirib.Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

"Unikal" xəbər verir ki, ilk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Həsənəbad qəsəbə ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, Həsənəbad qəsəbəsi haqqında görüş iştirakçılarına geniş məlumat verib.

Çıxışçılar "Müstəqillik və suverenlik Azərbaycan xalqının ən dəyərli sərvətidir" mövzusunda iştirakçılara məlumat veriblər və bildiriblər ki, Azərbaycan xalqı əsrlər boyu azadlıq, müstəqillik və suverenlik uğrunda mübarizə aparıb, öz torpağı və milli kimliyi uğrunda böyük sınaqlardan keçib. Bu mübarizə yolunda xalqının hər zaman yanında olan, daim xalqa arxalanan Ümummilli Lider Heydər Əliyev zəngin dövlətçilik təcrübəsinə, yüksək idarəetmə bacarığına söykənərək çox qətiyyətli, müdrik qərarlar qəbul edib, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirib, ölkəmizin və xalqımızın milli inkişafını təmin etməsi haqqında danışıblar.

Neftçala RİH-in başçısı Mirhəsən Seyidov çıxış edərək bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev deyirdi: “Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti – dövlət müstəqilliyimizi daim qoruyub saxlayacağıq. Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi və əbədi olması bundan da çətindir”. Azərbaycan Respublikasının müstəqilliyi Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndi, dövlətçiliyin əsasları qoyuldu və beynəlxalq aləmdə tanınan güclü bir dövlət formalaşdı. Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz suverenliyini daha da gücləndirir, ərazi bütövlüyünü bərpa edib və dünyada etibarlı tərəfdaş kimi tanınır. Müstəqillik bizə həm milli kimliyimizi qorumaq, öz tariximizi yazmaq və gələcək nəsillərə azad və firavan bir vətən miras qoymaq imkanı verir. Suverenlik müstəqilliyin təminatçısıdır. Bu anlayış bir-birindən ayrılmazdır və hər bir azərbaycanlının qəlbində ən ali dəyərlərdən biri kimi yaşayır. Bu gün Azərbaycan gəncliyi də anlayır ki, müstəqillik birdəfəlik əldə olunan bir nemət deyil, daim qorunmalı, müdafiə olunmalı və inkişaf etdirilməlidir. Xalqın birliyi, ordumuzun gücü, milli həmrəylik və dövlətə bağlılıq bu dəyərin qorunmasının əsas şərtləridir.

RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.
Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbul zamanı vətəndaşlar, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə öz təşəkkürlərini bildiriblər, həmçinin məişət tullantıları üçün əlavə yerlərin yaradılması və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər. Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://unikal.az
archiveBu xəbər 17 Aprel 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see377

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see336

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see304

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see284

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see256

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see252

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see247

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see235

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see234

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see226

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see217

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see213

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see206

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see196

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see186

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see186

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see184

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

02 Noyabr 2026 18:25see182

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri