Neftçi Anatoli Banişevskini unutmadı FOTOLAR
Sportal.az saytına istinadən Icma.az xəbər verir.
"Neftçi" əfsanəvi futbolçusu Anatoli Banişevskinin məzarını ziyarət edib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, sabah "ağ-qaralar"ın keçmiş hücumçusunun doğum günündən 80 il ötür.
Bununla əlaqədar olaraq, “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer, komandanın baş məşqçisi Yuri Vernidub, kapitan Emin Mahmudov, mərhumun həyat yoldaşı İnna Banişevskaya, qızı Marina və klubun digər nümayəndələri Banişevskinin İkinci Fəxri xiyabandakı qəbrini ziyarət ediblər.
"Əfsanəvi futbolçumuzun xatirəsini yaşatmaq “Neftçi” Peşəkar Futbol Klubunun, ümumiyyətlə, hər bir “Neftçi”sevərin borcudur" – deyə qeyd edən baş icraçı direktor yubileylə əlaqədar klubun planlaşdırdığı tədbirlərlə bağlı onun ailəsinə məlumat verib. Mərhumun həyat yoldaşı İnna Banişevskaya da Anatoli Banişevskini unutmadıqlarına görə kluba minnətdarlığını bildirib.
Məzarın önünə “Neftçi” PFK tərəfindən əklil və gül dəstələri qoyulub.
Allah rəhmət eləsin!
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 22 Fevral 2026 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















