Icma.az
close
up
RU
Neftçi baş məşqçisi: Çempionluq üçün “Araz Naxçıvan”ı daha çox top fərqi ilə məğlub etməliyik

Neftçi baş məşqçisi: Çempionluq üçün “Araz Naxçıvan”ı daha çox top fərqi ilə məğlub etməliyik

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Futzal üzrə Azərbaycan Yüksək Liqasında çıxış edən “Neftçi” İK-nın baş məşqçisi İlkin Hacıyev çempionluq şanslarını dəyərləndirib.

İdman.biz xəbər verir ki, mütəxəssis “Report”a açıqlamasında 2024/2025 mövsümünün qalibi olacaqlarına inandıqlarını bildirib.

O, son iki matçın çətin keçəcəyini vurğulayıb: “Mövsümə yaxşı başlamışdıq. Sonradan İsa Atayevin zədələnməsi, bəzi futzalçıların komandadan getməsi və yeni gələnlərin uyğunlaşma üçün vaxta ehtiyac duyması işimizi bir qədər çətinləşdirdi. Bütün bunlara baxmayaraq, hazırda ikinci yerdəyik, “Araz-Naxçıvan”la arada 3 xallıq fərq var. Qarşıda biz iki çətin oyun gözləyir. “Araz-Naxçıvan” və “Baku Fire” ilə oynayacağıq. Həmin matçlara qələbə əzmi ilə çıxacağıq. Hər iki görüşdə əlimizdən gələni edəcəyik. Çempionluq üçün “Araz-Naxçıvan”ı daha çox top fərqi ilə məğlub etməliyik. Maksimum nəticəyə nail olmaq üçün bacardığımızı edəcəyik”.

Hacıyev hazırda heyətdə zədəli futbolçuların olmadığını deyib: “Növbəti iki matça tam heyətlə çıxa bilərik. Düzdür, “Araz-Naxçıvan”la matça qədər bir həftə vaxt var. Amma hazırda hər şey qaydasındadır. Mövsümün sonuna yaxınlaşdığımız üçün psixoloji və fiziki baxımdan müəyyən yorğunluq ola bilər. Lakin ümid edirəm ki, futzalçılarımız zədələnməyəcək və növbəti görüşə optimal heyətlə çıxacağıq”.

Qeyd edək ki, “Neftçi” İK hazırda Yüksək Liqanın turnir cədvəlində 18 turdan sonra 43 xalla ikinci pillədə qərarlaşıb. Komanda lider “Araz-Naxçıvan”dan cəmi 3 xal geridədir.

“Neftçi” İK mayın 22-də keçiriləcək XIX turda Naxçıvan təmsilçisi ilə üz-üzə gələcək.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 16 May 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri