Neftçi nin hücumçusu: Hər oyun final kimi olacaq
Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Neftçi"nin hücumçusu Vensan Abubakar Misli Premyer Liqasının XXVI turunda "Sumqayıt"(1:3) üzərindəki qələbəsindən sonra klubun televiziyasına açıqlama verib.
Sportal.az xəbər verir ki, təcrübəli hücumçu görüş haqda bunları deyib:
"Komanda çox yaxşı çalışır. Oyundan-oyuna özünəinam daha da artır. Bunu xüsusi vurğulamaq istəyirəm. Düşünürəm ki, eyni ruhda davam etməliyik. Qarşıdakı hər oyuna final kimi yanaşmalıyıq. Oyunda tək hücumçu ilə oynayırdıq, bu, asan deyil. Hər oyunu təhlil edib, yaxşılaşdıra bilərik. Qol epizodları çox yaradırıq, amma bəzən vura bilmirik. Məşqlərdə bunun üzərində çox çalışırıq. Qarşıdakı hər oyun final kimi olacaq. Çalışacağıq ki, oyunumuzu meydanda göstərək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 06 Aprel 2026 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















