Neftçi Şotlandiya klubundan futbolçu transfer edir
Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.
"Neftçi" heyətini Şotlandiya çempionatında çıxış edən futbolçu ilə gücləndirməyə hazırlaşır.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Courier" yazıb.
Məlumata görə, Bakı klubu “Dandi Yunayted”in 25 yaşlı xorvat yarımmüdafiəçisi Vitsko Şevelin transferi ilə bağlı razılığa gəlib.
Şevel “Dandi Yunayted”in “Kilmarnok”a qarşı şənbə günü keçirilən matçında iştirak etməyib. Bildirilir ki, futbolçu transfer məsələsini yekunlaşdırmaq, tibbi müayinədən keçmək və müqavilənin şərtlərini müzakirə etmək üçün Azərbaycana yollanıb. Tərəflərin transfer məbləği ilə bağlı da razılığa gəldiyi qeyd olunur.
Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Şevel müdafiənin müxtəlif mövqelərində də oynaya bilir. Universal futbolçu kimi tanınan xorvat 2024-cü ildən “Dandi Yunayted”in formasını geyinir.
O, əvvəllər Xorvatiyanın "Hayduk", Bosniya və Herseqovinanın "Sarayevo", Rusiyanın "Akron" və Sloveniyanın "Radomlje" klublarında çıxış edib, Xorvatiyanın U-20 millisində forma geyinib.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 31 Avqust 2026 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















