“Neftçi” U 15 dünya çempionatı üçün ilk seçim turnirinin qalibi olub
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 24 avqust, AZƏRTAC
Oktyabrın 22-31-də Azərbaycanda keçiriləcək 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalında Azərbaycanı təmsil edəcək milli komandanın formalaşdırılması istiqamətində seçim prosesi davam edir.
AFFA-dan AZƏRTAC-a bildirilib ki, avqustun 21-23-də AFFA-nın təşkilatçılığı ilə üçgünlük seçim turniri keçirilib. Turnirdə ötən mövsümü ilk yeddi pillədə başa vuran klublarla yanaşı, “Turan Tovuz” və “Kəpəz” komandaları da iştirak edib.
Seçimlər AFFA-nın texniki direktoru Edmond Klausun rəhbərliyi, Məşqçilər Komitəsinin üzvləri, futbol mütəxəssisləri və Futbolun İnkişafı Departamentinin əməkdaşlarının iştirakı ilə keçirilib.
Seçim turnirinin yekunlarına əsasən "Neftçi" qalib olub. "Sabah" ikinci, "Qarabağ" isə turniri üçüncü pillədə başa vurub.
Növbəti mərhələdə digər klubların da seçim prosesinə cəlb olunması nəzərdə tutulur. Həmin klublar 2011-ci il təvəllüdlü futbolçular üçün avqustun 28-də, 2012-ci il təvəllüdlü futbolçular üçün isə avqustun 29-da keçiriləcək seçimlərə hər yaş qrupu üzrə milli komandada oynamaq potensialına malik üç ən yaxşı futbolçunu təqdim edəcəklər.
Seçim prosesinin əsas məqsədi ölkə üzrə perspektivli futbolçuları müəyyənləşdirmək, U-15 dünya çempionatı və festivalında Azərbaycanı layiqincə təmsil edəcək güclü milli komanda formalaşdırmaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 24 Avqust 2026 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















