Icma.az
close
up
RU
Neftçi yə meydanda dominant oynaması lazım deyil, qələbə qazanması vacibdir MÜSAHİBƏ

Neftçi yə meydanda dominant oynaması lazım deyil, qələbə qazanması vacibdir MÜSAHİBƏ

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Neftçi"nin sabiq idman direktoru Ceyhun Sultanov Sportal.az saytına müsahibə verib.

- "Neftçi" Premyer Liqanın 22-ci turunda "Zirə"ni məğlub etdi. Kubok görüşünü də saysaq, "Neftçi" artıq 3 oyundur ki, qalib gəlir. Sizcə, "Neftçi" qalibiyyətin yolunu tapıb, yoxsa şansdır onlara kömək olan? Ümumiyyətlə, "Neftçi"nin "Zirə"ni məğlub etməsi sizin üçün sürpriz oldu?

"Neftçi" hansı oyuna çıxırsa, favorit kimi çıxır. Mən onları favorit kimi görürəm. Amma oyun başlayandan sonra gedişatın necə olacağını, 90 dəqiqə göstərir. Son üç matçdakı nəticələri deyirsizsə, "Zirə"yə qarşı da yaxşı oynadılar, pis oynamadılar. "Neftçi" hansı ildə nə qədər zəif olsa belə, yenə də oyunların favoritidir. Bu, mənə görədir.

- Maraqlı məqam odur ki, "Neftçi" bu sezon heç də inamlı təsir bağışlamasa belə, "Zirə"ni iki dəfə məğlub edə bilib. Bunu nə ilə əlaqələndirmək olar? "Neftçi" "Zirə" üçün arzuolunmaz rəqibdir? Yəni uyğun olmayan?

- Yox, arzuolunmaz rəqib deməzdim. Sadəcə "Zirə" və "Neftçi" klublarının oyunu həmişə gərgin keçir. Burada futbolçu keyfiyyəti də önəm daşıyır. "Neftçi"də futbolçuların keyfiyyəti o qədər aşağı deyil ki, "Zirə"yə qarşı yaxşı oynamasınlar, ya da "Zirə"yə uduzsunlar. Komandalar da bir-birini yaxşı tanıyır. Artıq bir-biriləri ilə az oynamayıblar.

- "Neftçi"nin oyun sarıdan necə, artırdığını demək olar? Daim "Neftçi"dən gözlənti iddialı, dominant və görkəmli futbol oynamasıdır. Bunu "Neftçi"də görürsüz?

"Neftçi"nin bugünkü gündə dominant futbol oynamasını demək bir az çətindir. Amma onlara bu vəziyyətə dominantlıq lazım deyil. "Neftçi"yə qələbə qazanmaq vacibdir. Onlar üçün yaxşı oynayıb, uduzmaq yox, pis oynayıb qalib gəlmək lazımdır. Məncə, bu strategiyanı da əsas götürüblər. Elə də davam etsinlər. Çünki yaxşı oyun 3 xal gətirmir. Mövsüm sonuna maksimum xal toplayıb, kuboku götürməlisən. Mənə görə, "Neftçi" yaxşı oynamasa da, üç xal üçün mübarizə aparmalıdır.

- "Neftçi" 22 turdan sonra 6-cı pillədədir. "Neftçi" lider "Qarabağ"dan 29 xal geridə qalır. Halbuki çoxları düşünürdü ki, "Neftçi" bu sezon "Qarabağ"la çempionluq mübarizəsində yer alacaq...

Doğrudur, bu iki komanda arasında xal fərqi çox böyükdür. Hamımız düşünürdük ki, "Neftçi" çempionluq mübarizəsi üçün rəqabət aparacaq komanda olacaq. Baş məşqçilərin dəyişiklikləri, məşqçilərin komandanı formalaşdırması nəticələrə böyük təsir etdi. "Neftçi" bu mövsümü yox, yeni sezonu düşünməlidir. Bu sezon maksimum nə edə bilirlərsə, etməli və yeni mövsümün komandasını qurmalıdırlar.

- Növbəti turda Azərbaycan derbisi yaşanacaq. "Neftçi" "Qarabağ"la qarşılaşacaq. Bu matç haqda fikrin necədir? Səncə, "Neftçi" "Qarabağ"ı məğlub edə bilər?

Bəli, bu iki komandanın oyunu derbidir. Yaxşı oyunlar olur. "Neftçi" "Qarabağ"dan zəif görünsə də, turnir cədvəlində aşağı pillədə qərarlaşsa da, şanslar 50/50-dir. "Neftçi" zəif vaxtında belə, "Qarabağ"a qarşı yaxşı müqavimət göstərə bilib. Futbolda hər şey olur. "Qarabağ" hazırda daha hazırlıqlı və daha komplektləşmiş, daha yaxşı formada olan komandadır. Amma "Qarabağ"da da eniş var. Sadəcə onların oyun üslubu var. Maraqlı görüş olacaq.

- "Neftçi" artıq 4 ildir ki, "Qarabağ"ı məğlub edə bilmir. Səncə, bu uzun müddət deyil? Niyə bu illər ərzində "Neftçi" "Qarabağ"ı təsadüf nəticəsində olsa belə, uda bilməyib? Ola bilər ki, "Qarabağ" "Neftçi"yə çempionluq matçını uduzduqdan sonra onlara bir oyunda belə, xal itirmək istəmir?

Düşünmürəm ki, çempion olduqdan sonra belə qənaətə gəliblər. Sadəcə "Qarabağ" "Neftçi" ilə oyuna tam fərqli hazırlaşır. Çünki "Qarabağ"ın rəqibi həmişə "Neftçi" olub. Son zamanları nəzərdə tuturam. Ona görə də "Qarabağ" "Neftçi" ilə oyunun fərqində olurlar və hansı komandaya qaşrı oynadıqlarını bilirlər. Ölkənin əvvəlki illərdən indiyə qədər birinci komandası "Neftçi" olub. "Qarabağ" da onu üstələyir. Bu oyunlar azareşlərin də oyunudur. Heç bir azarkeş "Qarabağ"a uduzmaq istəmir. Bu oyunu daha da maraqlı edən elə azarkeş amilidir. "Neftçi" nə qədər zəif olsa da, "Qarabağ"la oyunlarda şansı 50/50-ə olur. "Qarabağ" 29 xal öndədir, ancaq ağır görüş olacaq. Hansı komanda güclüdürsə, qalib gəlsin.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://sportal.az
archiveBu xəbər 14 Fevral 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri