Icma.az
close
up
RU
Kadi Borges: “Neftçi” ilə görüşdə qələbə bizim üçün çox vacibdir MÜSAHİBƏ

Kadi Borges: “Neftçi” ilə görüşdə qələbə bizim üçün çox vacibdir MÜSAHİBƏ

Icma.az, Idman.biz saytına istinadən bildirir.

“Qarabağ” klubunun braziliyalı futbolçusu Kadi Borgesin “Report”a müsahibəsi

- Bu gün Premyer Liqada "Neftçi" ilə qarşılaşacaqsınız. Bu görüşdən gözləntiləriniz nədir?

- Hər zaman olduğu kimi meydana qələbə üçün çıxacağıq. Dəyişən bir şey yoxdur. Hədəfimiz 3 xal qazanmaqdır. Lakin “Neftçi” ilə oyunu derbi adlandırardım. Bu komandaya qarşı oyunlarımız Azərbaycanda böyük marağa səbəb olur. Ümid edirəm ki, dediklərim yenə istisna olmayacaq. Həftə ərzində görüşə çox ciddi hazırlaşmışıq. Komandada ab-hava olduqca yaxşıdır. Ümid edirəm ki, azarkeşlərimizə qələbə bəxş edə biləcəyik.

- “Qarabağ” bu tur çempionluğu rəsmiləşdirə bilər. Bunun üçün komanda “Neftçi”yə qalib gəlməli, Ağdam təmsilçisinin ən yaxın izləyicisi “Zirə” isə “Sumqayıt”la matçda xal itirməlidir. Sizcə, bu həftə qızıl medalları özünüz üçün təmin edə biləcəksiniz?

- Biz hər şeydən əvvəl öz oyunlarımıza köklənirik. Prinsipimiz ondan ibarətdir ki, bir qarşılaşmanı qələbə ilə başa vurduqdan sonra dərhal növbəti matça köklənirik. Çempion ola biləcəyimiz həftəni yaşayırıq. Gedişatın fərqindəyik. Lakin hələ ki, “Neftçi” ilə görüşü düşünürük. Qələbə bizim üçün çox vacibdir. Çünki ilk növbədə öz üzərimizə düşəni etməliyik.

- Komandaya qış fasiləsində qoşuldunuz və son 9 tur ərzində 5 qol vurmaqla yanaşı, bir neçə matçda qələbədə pay sahibi oldunuz. “Qarabağ”a dönərkən performansınızın yüksək olacağını gözləyirdiniz?

- Bəli, performansımın yüksək olacağını hiss edirdim. Çünki hər oyundan-oyuna gücümü artırmağı özümə hədəf seçmişəm. Hər zaman inkişaf etməyi sevən futbolçuyam. Düzdür, nəticələrim pis deyil, lakin düşüncələrim daha böyükdür. Hər gün bunun üzərində çalışıram. Düşünürəm ki, potensialım buna imkan verir. Həm özümə, həm də “Qarabağ”a faydalı olmaq istəyirəm.

- Siz komandanın düşərgəsinə qoşularkən "Qarabağ" Avropa Liqası ilə vidalaşmışdı. Necə düşünürsünüz, cari mövsümün əvvəlindən heyətdə yer alsaydınız, komandanın çıxışı daha yaxşı alınardı?

- Bu suala cavab verməkdə çətinlik çəkirəm. Mövsümün əvvəlində komandanın heyətində yer alsaydım, bəlkə də nəticələr daha pis olardı. Nə bilirsiniz, bəlkə UEFA Avropa Liqasının Liqa mərhələsinə belə vəsiqə qazanmaya bilərdik. Ehtimallar üzərinə danışmaq mənim üçün çətindir. Gələcəkdə çata biləcəyimiz hədəflər barədə danışmaq daha məqsədəuyğundur.

- Qış fasiləsində klubla 4 illik müqavilə bağladınız. Qarşıdakı illərdə "Qarabağ" azarkeşləri komandadan avrokuboklarda istədikləri oyunu görə biləcəklər?

- Yenə də ehtimala bağlı olan bir sualdır. Real həyatda yaşadığımız üçün dəqiq gördüyümüz hadisələr barədə danışa bilərik. Futbolun görünən və görünməyən tərəfləri çoxdur. Əvvəlcədən nəsə demək çətindir. Bəzən elə olur ki, karyeranın ən gözəl oyununu oynayırsan, lakin məğlub olursan. Yaxud əksinə, parlaq çıxış etmədiyin təqdirdə qələbə sənin olur. Mən öz adıma söz verə bilərəm ki, futbolçu olaraq bacardığımın ən yaxşısını ortaya qoyacağam. Təbii ki, komanda yoldaşlarımın da hədəfləri yüksəkdir. Hər birimiz gələcəyə nikbin baxırıq. Növbəti mövsüm avrokuboklarda uğurlu çıxış etmək istəyirik. Lakin necə olacağını zaman göstərəcək.

- 2022-ci ildə “Qarabağ”dan ayrıldıqdan sonra Rusiya və Macarıstan çempionatlarında çıxış etdiniz. Azərbaycan Premyer Liqası ilə həmin çempionatları necə müqayisə edərdiniz?

- Bir qədər Rusiya çempionatını fərqləndirə bilərəm. Oyunların təşkili və struktur fərqlənir. Çempionat daha yüksək səviyyədədir. Lakin Macarıstan liqası ilə arada böyük fərq yoxdur. Azərbaycanda çıxış edən futbolçuların keyfiyyəti Macarıstandakından çox da seçilmir. Matçların səviyyəsi də böyük ölçüdə fərqlənmir. Bir məsələni qeyd edə bilərəm ki, Macarıstanda azarkeşlər yerli çempionata daha çox maraq göstərirlər. Təəssüf ki, Azərbaycanda belə deyil.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 19 Aprel 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri