Icma.az
close
up
RU
“Neftçi”dən HAKİM SƏHVLƏRİNƏ CAVAB

“Neftçi”dən HAKİM SƏHVLƏRİNƏ CAVAB

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Neftçi" Peşəkar Futbol Klubu bəyanat yayıb.

Apasport.az xəbər verir ki, Bakı təmsilçisinin mətbuat xidməti hakim səhvləri ilə bağlı paylaşım edib.

Həmin paylaşımı diqqətinizə çatdırırıq:

"Misli Premyer Liqasının 22-ci turu çərçivəsində keçirilən “Şamaxı” – “Neftçi” qarşılaşmasının son dəqiqələrində yaşananlar yenidən Azərbaycan futbolunda hakimliyin səviyyəsi və bütün tərəflərə ədalətli yanaşma məsələlərini gündəmə gətirdi. Baş hakim Kamranbəy Rəhimovun haqlı olaraq əks tərəfə göstərdiyi cərimə zərbəsinə VAR-dan müdaxilə edildi və “Neftçi”nin qapısına növbəti dəfə penalti təyin olundu. Futbolçumuz Mustafa Sekin həmin anda qayda pozuntusuna məruz qalması bir yana, topu tamamilə qaydalar çərçivəsində uzaqlaşdırmasına baxmayaraq, VAR-dan gələn “siqnal”la rəqibin hesabı bərabərləşdirməsinə şərait yaradıldı.

Buna bənzər epizod 16-cı turda “Karvan-Yevlax”la görüşdə də yaşanmışdı. Birinci hissənin sonlarında yenə VAR-ın müdaxiləsi ilə “Neftçi”nin qapısına penalti təyin edilmişdi və komandamız həmin görüşdə yalnız son dəqiqə qolu ilə qələbə qazanmağı bacarmışdı. Bir neçə gün sonra AFFA Hakimlər Komitəsinin rəhbəri Rəhim Həsənov qərarın yanlış olduğunu, İqor Ribeyronun “havada topa başla toxunarkən əllərindən rəqibə qarşı qeyri-qanuni istifadə etmədiyini”, dolayısıyla qaydanı pozmadığını təsdiqləmişdi.

“Şamaxı” – “Neftçi” görüşündə təyin edilən penalti ilə də bağlı eyni sözləri demək olar. Mustafa Sek topa oynayır, əllərindən görmədiyi rəqibə qarşı qeyri-qanuni istifadə etmir, hətta özü qayda pozuntusuna məruz qalır. Lakin qərar penaltidir.

Görünür, VAR-dakı hakim Cavid Cəlilovun öz oyun qaydaları var. Bu hakim ümumən son həftələrdə gündəmdədir və gündəmdə olmasının səbəbi yüksək səviyyəli hakimliyi deyil, elə “Şamaxı” ilə oyundakı kimi yersiz müdaxilələri, absurd qərarları və oyun qaydalarını istədiyi şəkildə yozmasıdır.

Baş hakim Kamranbəy Rəhimovun videotəkrara Azərbaycan çempionatına xas olmayan rekord sürətlə və cəmi bir rakursdan yarı-yarımçıq baxdıqdan sonra tələsik qərar çıxarması isə ayrı bir mövzudur. Liqamızda bəzən açıq-aşkar, təmizliyinə şübhə olmayan qolların VAR tərəfindən “səssiz” yoxlanması dəqiqələr alır. Dəfələrlə olub ki, ekran qarşısına dəvət edilən hakim epizodu uzun-uzadı incələyir, bir neçə rakurs tələb edir. Bu oyunda isə baş hakimin monitora yaxınlaşması ilə xarakterik VAR hərəkətini göstərib 11 metrlik nöqtəyə işarə etməsi arasında 20 saniyə oldu, ya olmadı... Maraqlıdır ki, “Neftçi”nin qapısında gördüyü son 4 topu məhz hakimlər “vurub”. Bu qolların hamısı ya xətalı 11 metrlik zərbə qərarından sonradır, ya da qol hücumunda qayda pozuntusu olub. Artıq adıçəkilən “Karvan-Yevlax” oyunundakı penalti, “Kəpəz”lə görüşdə növbəti dəfə (!) VAR-ın müdaxiləsi ilə təyin edilən və sonradan yenə Hakimlər Komitəsi sədrinin yanlış qərar kimi təsdiqlədiyi 11 metrlik zərbə və “Şamaxı” ilə matçda daha bir səhv penalti qərarı. Təbii ki, VAR müdaxiləsindən sonra.

Bu oyunda rəqibin hər iki qolunda qayda pozuntusu var. 1-ci qoldan əvvəlki hücumda hakimin köməkçisinin “gözündən yayınan” az qala 5 metrlik ofsayd da unudulmamalıdır. Paylaşılan şəkildə də aşkar görünür ki, rəqib futbolçu ötürmə anında oyundankənar vəziyyətdədir. Amma hakim oyunu dayandırmır və davamında gələn künc zərbəsindən “Neftçi”nin qapısına qol vurulur.

Ümumiyyətlə, “Neftçi” bu mövsüm yanlış hakim qərarlarından ən çox əziyyət çəkən komandadır. Təqdim etdiyimiz videoda əks olunanlar o səhvlərin yalnız daha qabarıq şəkildə önə çıxanlarıdır. Ədalətsiz hakim qərarları və yanlış VAR müdaxilələri ilə “Neftçi” bu mövsüm ciddi xal itkilərinə məruz qalıb və belə görünür ki, bu proses davam edir.

Azərbaycan futbolunun təməl daşı, ölkənin ən qədim və köklü klubu olan “Neftçi”nin tarixi şərəfli səhifələrlə zəngindir. Bizim böyük qələbələrimiz olub və bundan sonra da olacaq. Lakin futbolçuların və məşqçilərin meydandakı əziyyətinin bir əl hərəkəti, səriştəsiz hakimlərin xətalı qərarları ilə yerə vurulması nə qəbul edilməlidir, nə də buna göz yumulmalıdır.

Biz AFFA Hakimlər Komitəsindən bu səhvləri buraxmış şəxslər haqqında ciddi ölçü götürməsini, hakimlərin, hakim köməkçilərinin, dördüncü hakimlərin, videotəkrar hakimlərinin bütün oyunlarda, o cümlədən də “Neftçi”nin matçlarında daha diqqətli olmalarını tələb edirik. Çünki mövsümün həlledici hissəsində istənilən yanlış və qərəzli qərar yüzlərlə insanın çoxaylıq əməyini puç edir, azarkeşlərdə ölkə futbolundakı hər kəs bərabər yanaşmaya olan inamı sarsıdır.

“Neftçi”nin heç bir hakim köməyinə ehtiyacı yoxdur, amma bizə qarşı edilənlərə də biganə qalmayacağıq. Futbol ictimaiyyətinin “Neftçi”nin bu haqq səsinə səs verəcəyinə ümid edir, Misli Premyer Liqasının bundan sonrakı oyunlarında ədalətin bərqərar olacağına inanırıq".

Kaxaber Tsxadadze: "Bəxt bizdən üz döndərmişdi" Füzuli Məmmədov: "Məşqçi bu cür şey deməz" Premyer Liqa: Autsayderlər xalları böldülər - YENİLƏNİB Ayxan Abbasov: "İtirəcəyimiz bir şey yoxdur" Yuri Vernidub: “Sanki bizim irəli getməyimizi istəmirlər”
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://apasport.az
archiveBu xəbər 01 Mart 2026 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see858

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see289

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see281

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see279

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see277

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see253

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see240

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see207

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see204

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see196

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see196

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see193

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see192

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see192

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see192

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see186

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see178

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see170

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see165

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri