Icma.az
close
up
RU
“Neftçi”dən “yalandan zədələndi” iddiasına cavab: “Bunun adı böhtandır”

“Neftçi”dən “yalandan zədələndi” iddiasına cavab: “Bunun adı böhtandır”

Icma.az bildirir, Idman.biz portalına istinadən.

“Neftçi” qapıçı Kenan Piriçin agenti Admir Husariçin səsləndirdiyi fikirlərə münasibət bildirib.

Klubun media üzrə koordinatoru Rüstəm Əfsərli teleqraf.az-a bildirib ki, Husariç artıq bosniyalı qolkiperin agenti deyil.

Onun sözlərinə görə, Piriç bir müddət əvvəl Husariçlə əməkdaşlığa son qoyub:

“Futbolçumuz bir müddətdir onunla əlaqəni kəsib və əməkdaşlığa son qoyub. Belə hesab edirik ki, bu cür açıqlamalar şəxsi maraqlara qulluq etməklə ya kimlərinsə diqqətini cəlb etmək, ya da klub daxilindəki ab-havanı korlamağa cəhdə hesablanıb. Amma nə klub, nə də Piriç bu açıqlamalardan narahatdır”.

Əfsərli vurğulayıb ki, komandada qapıçı mövqeyi uğrunda sağlam rəqabət mövcuddur:

“Kenan da bu rəqabətin içindədir və komandanın uğurları üçün əlindən gələni etməyə çalışır. Kimin meydana çıxmasına isə baş məşqçi qərar verir”.

Klub rəsmisi Husariçin Emil Balayevlə bağlı səsləndirdiyi iddialara da cavab verib:

“O ki qaldı Emil Balayevin ‘simulyasiya’ məsələsinə... Bunun bir adı var – böhtan. Hər kəs gördü ki, Emil bir epizodda xəsarət aldı və hətta tibbi yardıma da ehtiyac duydu. Baş məşqçi isə mümkün ciddi zədə riskini nəzərə alıb onu fasilədə əvəzləmək qərarı verdi. Ötən bir həftə ərzində Balayev lazımi müalicəni alıb və hazırda komanda ilə birlikdə məşq edir”.

Qeyd edək ki, Admir Husariç daha əvvəl verdiyi müsahibədə “Neftçi”də yerli qapıçılara münasibətlə bağlı tənqidi fikirlər səsləndirmişdi. Bununla yanaşı, "Transfermarkt" portalında Husariçin rəhbərlik etdiyi AK Sport şirkətinin təmsil etdiyi futbolçular arasında Kenan Piriçin adı hələ də yer alır.

Xatırladaq ki, Bosniya və Herseqovina millisinin qapıçısı Kenan Piriç 2025-ci ilin yayında “Neftçi”yə transfer olunub. Onun paytaxt klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 30 İyul 2026 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri