Icma.az
close
up
RU
Neftçilər ​​​​​​​ Bir rəsmin dedikləri

Neftçilər ​​​​​​​ Bir rəsmin dedikləri

Icma.az bildirir, 525.az portalına istinadən.

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Şabikə Şahbazovadır. Onunla tanınmış rəssam Tofiq Cavadovun "Neftçilər" əsərindən danışmışıq.

Tofiq Cavadov 1925-ci il fevral ayının 7-də Bakı şəhərində anadan olub. 1948-1952-ci illərdə rəngkarlıq fakültəsində təhsil alıb. Rəssam çox sadə həyat tərzi sürüb. Tofiq Cavadov 38 il ömür sürüb. Rəssam ölümünü sanki öncədən hiss etmişdi. Uzun illər boyunca üzərində işlədiyi "Külək" əsərini bitirdikdən 2 ay sonra həyatla vidalaşıb. Bu əsərdə çox güclü küləyə qarşı çıxan üç nəfər qadın təsviri var. Sanki onlar küləklə vuruşurlar. Təəssüf ki, rəssam həyatında küləklə mübarizə apararaq sonlandırıb. Tofiq Cavadov Çepelyova stansiyasında qatara minərkən güclü külək onu geri itələyir. Yerə yıxılan rəssam aldığı xəsarətlərdən 1963-cü il avqust ayının 20-də həyatını itirir.

- "Neftçilər" Tofiq Cavadov yaradıcılığının hansı dövrünə təsadüf edir?

- "Neftçilər" Azərbaycan təsviri sənətində mühüm yer tutan, realizm üslubunda işlənmiş bir rəsm əsəridir. Tablo 1956-cı ildə yaradılıb. İncəsənət nümunəsi kətan üzərində yağlı boya ilə işlənib. Ümumiyyətlə, rəssam yaradıcılığı boyunca Neftçilər mövzusuna çox müraciət edib. Bu tablo da onun Neftçilər mövzusunda olan ən məşhur işlərindəndir.

- Əsərin rəng həlli necədir?

- Rəng palitrası isti, tünd və tutqun rənglərdən ibarətdir. Burada əsasən qəhvəyi, göy yaşıl, qara və boz kimi rənglərə üstünlük verilib. Ən diqqətçəkən məqamlardan biri isə işıq-kölgə oyunudur. Rəssam işıq-kölgə oyunu ilə obrazların əzəmətini və gücünü qabardır. Neftçilərlə bağlı əsərlərin bir çoxunda obrazlar əsasən daha çirkli və boğunuq rənglərlə göstərilirdi. Lakin bu əsərdə rəssam neftçiləri daha təmiz və əlvan rəngli təsvir edib. Bunun səbəbi onların gözlərindəki ümid işığını daha da alovlandırmaq idi. Onlar artıq işlərini bitirib ailələrinin yanına qayıdırlar. Ailələrinin görəcək neftçilərin sevincini rəssam geyimlərinin rəngi ilə göstərməyə çalışıb.

- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?

- Əsərin kompozisiyası iki hissədən ibarətdir: Ön hissə obrazların dayandığı yer, arxa hissə isə neft buruqları və neft zavodunun təsvir olunduğu yer. Təsvirdə obrazların durduğu "Kamaz" markalı maşının getdiyi yoldan da bilinir ki, onlar neft zavodundan qayıdırlar. Yəni neftçilər artıq işlərinin bitiriblər, üstbaşlarını dəyişiblər və küləklə vuruşa-vuruşa evlərinə geri qayıdırlar. Onların üzlərindən yorğun olduqları aydın şəkildə görünür. Lakin onlar buna fikir verməyib yollarına ümidlə davam edirlər.

- Tablo hazırda harada saxlanılır?

- "Neftçilər" əsəri Azərbaycan Müasir İncəsənət Muzeyində saxlanılır. Burada rəssamın "Külək" əsəri də nümayiş olunur.

- "Neftçilər" rəssamın digər işləri ilə hansı ortaq və fərqli xüsusiyyətlərə malikdir?

- Rəssamın digər əsərləri ilə əsas ortaq cəhəti işlənmə texnikasıdır. Bununla yanaşı, rəng tonları, keçidlər və fırça vuruşları da digər bir neçə əsərlərində olduğu kimidir. Ümumi cəhətə gəldikdə isə qeyd edə bilərik ki, Tofiq Cavadov yaradıcılığında neftçi mövzusunda başqa əsərlər də var. Neftçilər rəssamın müasirlərinin bir neçəsinin müraciət etdiyi əsas mövzulardandır.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Rəssam bu əsəri ilə bizə deyir ki, insan nə qədər əziyyətli bir peşəyə sahib olsa da, işini sevərək görməyi bacarmalıdır. Əgər sevərək yerinə yetirsələr, bu iş onları heç vaxt incidib yormayacaq. Həmçinin insanın qəlbindəki həvəs, ümid və sevgi heç vaxt azalmamalıdır. Bu üç hiss onları daim ayaqda tutacaq.

Aytac SAHƏD

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:232
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Noyabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1035

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see434

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see341

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see338

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see240

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see232

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see224

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see209

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see196

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see187

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri