Icma.az
close
up
RU
“Neftçi”nin baş icraçı direktoru “Turan Tovuz” “Fənərbağça” oyunu barədə danışdı

“Neftçi”nin baş icraçı direktoru “Turan Tovuz” “Fənərbağça” oyunu barədə danışdı

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

“Fənərbağça”nın prezidenti də, idarə heyəti də şəxsən tanıdığım, hörmət etdiyim insanlardır. Əlbəttə, vaxt tapa bilsəm, həm “Turan Tovuz”u, həm də “Fənərbağça”nı izləmək üçün Tofiq Bəhramov adına Respublika stadionunda olmağa çalışacağam”.

Bunu Azərbaycanın “Neftçi” futbol klubunun baş icraçı direktoru Cenk Sümer növbəti ay Bakıda baş tutacaq “Turan Tovuz” - “Fənərbağça” yoldaşlıq oyunu barədə suala cavab verərkən deyib.

Daha əvvəl “Beşiktaş” Futbol Klubunda idarə heyətinin üzvü və vitse-prezidenti vəzifələrində çalışmış türkiyəli funksioner sözügedən matçda heç bir komandaya azarkeşlik etməyəcəyini bildirib.

“Mənim rəngim “ağ-qara”dır. Ona görə həmişə Azərbaycanda “Neftçi”ni, Türkiyədə isə “Beşiktaş”ı dəstəkləyirəm. Ən azından Bakıdakı oyun bir dostluq matçıdır, burada rəqabət yoxdur. Bir gözəllik, futbol tamaşası var. “Fənərbağça” Azərbaycana gəlir, “Turan Tovuz” kimi dəyərli komandamızın dəvəti ilə gəlirlər. Tovuz klubunun prezidenti Ehtiram Quliyev çox hörmət və sevgi duyduğum insandır. İnşallah, orada gözəl bir coşğu olacaq, azarkeşlərə gözəl futbol həyəcanı yaşatacaqlar. Bu oyunun tərəfi olmaz”, - deyə o teleqraf.az-a açıqlamasında vurğulayıb.

Cenk Sümer “Neftçi”nin gələcəkdə Türkiyə klubları ilə qarşılaşma ehtimalı barədə fikirlərini də bölüşüb:

“İnşallah, olar. “Neftçi” “Beşiktaş”la da oynasa, “Fənər”lə və ya “Qalatasaray”la da oynasa, mən “Neftçi” azarkeşiyəm. Ona görə ürəyimiz “Neftçi” ilə vuracaq”.

Qeyd edək ki, “Turan Tovuz” - “Fənərbağça” görüşü oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 08 Sentyabr 2026 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri