“Neftçi”nin braziliyalı hücumçu israrı: Qışda yeni təklif
Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Neftçi"nin maraqlandığı daha bir futbolçunun adına aydınlıq gəlib. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
İsrailin "Makkabi Netanya" klubunda çıxış edən hücumçu Matheus Davo "ağ-qaralar"ın gündəmindədir. Paytaxt təmsilçisi 27 yaşlı forvardı yay transfer dönəmində də heyətinə qatmaq istəyib. Lakin Netanya klubunun braziliyalı futbolçu üçün daha yüksək təzminat tələb etməsi keçidin baş tutmasına mane olub.
Buna baxmayaraq, "Neftçi" Davodan əl çəkməyib. Klubun qış transfer dönəmində də futbolçunun keçidi ilə bağlı İsrail təmsilçisinə müraciət edəcəyi gözlənilir.
Davo ilə "Makkabi Netanya" arasındakı müqavilənin müddəti 2027-ci ilin yayında başa çatır. Tərəflər yeni sözləşmə ilə bağlı razılığa gələ bilməsələr, braziliyalı hücumçu daha aşağı məbləğə "Neftçi"yə satıla bilər.
Qeyd edək ki, Matheus Davo cari mövsümdə İsrail çempionatında meydana çıxdığı 5 oyunda 4 qola imza atıb. Cinah vingeri kimi də çıxış edə bilən futbolçu ötən mövsüm 29 qarşılaşmada 11 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 08 Oktyabr 2026 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















