Icma.az
close
up
RU
“Neftçi”nin çempionat oyunlarını kuboka qurban verdiyini düşünmürəm” MÜSAHİBƏ

“Neftçi”nin çempionat oyunlarını kuboka qurban verdiyini düşünmürəm” MÜSAHİBƏ

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Premyer-liqada mövsümün başa çatmasına 8 tur qalıb. Aşağı-yuxarı çempionun kimliyi bəllidi. “Zirə” də özünü yetərincə rahat hiss edir. Amma avrokuboklara qalan iki vəsiqəyə dörd iddiaçı var. “Araz-Naxçıvan”, “Turan Tovuz”, “Sabah” və “Neftçi” qitə meydanlarına can atır.

Düzdü, paytaxt təmsilçiləri daha çox ölkə kubokuna göz dikib ki, elə yarımfinalda ikisindən biri sıradan çıxacaq. Ölkə futbolunun bu və başqa aktual məsələləri ilə bağlı Aslan Kərimovu sorğu-suala çəkdik.
- Əvvəlcə turnir cədvəlindəki indiki durumu təhlil edək. Artıq ölkə kubokunda yarımfinal cütləri də müəyyənləşib. Sizcə, ölkəmizi yayda avrokuboklarda təmsil edəcək klublar hansıdı?
- Hər kəsin öz yerində olduğunu düşünürəm. Çempionatda “Sabah”la “Neftçi”nin avrokuboklar uğrunda mübarizə aparacağını fikirləşirdim. Artıq bu iki komanda kubok oyunlarına köklənib. “Qarabağ” kubokun qalibi olsa, “Araz-Naxçıvan” və “Turan Tovuz” da avrokuboklara yollana biləcək. Yox, başqa komanda kuboku qazansa, bu iki komandadan biri kənarda qalacaq. Çempionatın sonuna qədər çoxlu dəyişikliklər baş verə bilər. Yeri gələndə həm “Araz-Naxçıvan”, həm də “Turan Tovuz” “Zirə”ni geridə qoymaq iqtidarındadı.
- “Qarabağ”la “Zirə” sabit oyun göstərir. Amma avrokuboklara vəsiqə uğrunda yarışan “Turan Tovuz”la “Araz-Naxçıvan” bu baxımdan əziyyət çəkir. Bunu nə ilə izah edərdiz? Niyə bu komandalar qeyri-sabitlikdən əziyyət çəkir?
- Belə məsələlərdə problemin nədən ibarət olduğunu müəyyənləşdirmək üçün komandanın daxilində olmaq çox vacibdi. Təcrübəyə əsaslanıb onu deyə bilərəm ki, “Qarabağ” və “Zirə” uzun müddətdi eyni məşqçi ilə davam edir. “Qarabağ”ın maliyyə durumu imkan verir ki, keyfiyyətli futbolçular gətirsin. Yerli bazardan da da keyfiyyətli futbolçuları heyətə cəlb edə bilirlər. Belədə rəqibləri də zəiflətmiş olurlar. “Qarabağ”ın hətta 2-ci heyətinin də çempion olmaq keyfiyyəti var. “Zirə”nin sabit oyunu həm də çoxtərəfli taktiki gedişlərlə bağlıdı. Rəşad Sadıqov oyunçularının keyfiyyətini çox yaxşı bilir. “Turan Tovuz”un elə keyfiyyətli heyəti yoxdu ki, həmişə hücumameyilli oynasın. “Turan Tovuz” digər komandalara əks-hücumlarda qalib gəlir, çox yığcam müdafiə olunur. Standart vəziyyətlərdən yaxşı yararlana bilirlər. Özlərindən zəif rəqiblərə qarşı dominant oynayırlar. “Araz-Naxçıvan” qış fasiləsinə qədər Ramon Maçado və Felipe Santosla qələbələr qazanırdı. Maçadonun zədəsi, bəzi futbolçuların tam formada olmaması qeyri-sabitliyə gətirir. Bu komandanın ehtiyat oyunçular skamyasında ən azı Felipe Santos kimi daha bir keyfiyyətli oyunçu olmalıdı.
- “Neftçi”nin oyunlarına baxanda görünür ki, bu komanda daha yaxşı oyun göstərməyə qadirdi. Sadəcə, baş məşqçi və komanda sanki yalnız kuboka köklənib, “çempionatda hər şey əldən gedib” düşüncəsi oların beyninə hakimdi. Bu məqam da çempionatdakı nəticələrə təsir göstərir. Bu yöndə fikirləriniz necədi?
- “Neftçi”nin çempionat oyunlarını kuboka qurban verdiyini düşünmürəm. Sənin adın “Neftçi”disə, bütün oyunlara qələbə üçün çıxmalısan. Heyətdə keyfiyyətsiz oyunçular da var. Baş məşqçini başa düşən futbolçuların sayı azdı. “Neftçi”də yerli futbolçulardan heç birini əlini stolun üstünə vuracaq kapitan kimi görə bilmirəm. Emin Mahmudov zamanında bəlkə də edə bilirdi. Qriqorçukun dövründə Emini kənara atdılar. Mənə görə Mahmudova haqsızlıq etdilər. Elə bir futbolçuya ehtiyac duyulur. Bu da çox vacib məqamdı. Oyunçu çətin anlarda məşqçinin deyə bilmədiyi şeyləri futbolçularla danışa bilir. Paltardəyişmə otağında məşqçi futbolçu ilə kobud danışa bilmir. Amma bir kapitan futbolçuya barmaq silkələməlidi. Belə oyunçu olmadığına görə “Neftçi”də vəziyyət bu yerdədi.
- Bəs sizcə, elitada qalmaq uğrunda mübarizə son tura qədər davam edəcəkmi? Sona 10 tur qalmış “Səbail” başqalarından bir addım geri görünür. “Dənizçilər”in vəziyyəti düzəltməsinin mümkünlüyü yönündə bir işartı görürsüzmü?
- Ümumilikdə “Şamaxı” daha üstün durumdadı, “Sabah” kimi rəqibi məğlub edə bildi. Mübarizə iki komanda arasında gedəcək. “Səbail”in heyəti daha kasaddı, “Kəpəz” hücumda daha üstün görünür. Məncə, hər şey bir-birinə qarşı oyunda həll olunacaq. “Kəpəz” qalib gələrsə, “Səbail”in elitada qalmaq şansı azalacaq. “Səbail” qalib gələrsə, mübarizə son tura qədər gedəcək.
- Azərbaycanlı futbolçular arasında ən yaxşı göstəriciləyə malik olan Nəriman Axundzadədi. Bununla belə, o da bombardirlər siyahısında ilk “5-liy”ə düşmür.
- Birmənalı şəkildə Nərimandan daha keyfiyyətli iş gözləyirəm. Hər şeyi də ondan gözləmək olmaz. Bəlkə də nə vaxtsa yığmanın əvəzedilməz hücumçusuna çevriləcək.
- Yığmanın heyəti ilə bağlı danışaq. Heyətdə yeni adlar gördük. Ağadadaş Salyanski, Şahin Şahniyarov, Xəyal Əliyev... Fernando Santuşun belə gedişlərlə seçmə mərhələ üçün komanda qurduğunu düşünmək olarmı?
- Millinin öz onurğa sütunu var. Heyət yeni deyil. Santuş yoldaşlıq oyunlarında gəncləri yoxlamaq niyyətindədi.
- İctimaiyyət arasında müəyyən narazılıq var ki, “Nürnberq”in heyətində son 5 matçın yalnız birində meydana çıxan və 12 dəqiqə oynayan Mahir Emreli niyə yığmaya çağrılıb? Doğrudanmı, o, komandaya kömək edəcək səviyyədə idi?
- Məsələnin içində deyilik. “Futbolçu oynamırsa, yığmaya çağırmayaq” kimi anlayış da yoxdu. Futbol ictimaiyyətindən heç kimin Mahirin potensialına şübhəsi yoxdu. Mahir səviyyəsində olan futbolçularımız çox deyil. Mahir Emrelini kənarda saxlamağı doğru saymıram. Oynamasa da belə, məşqə qatılır, formadadı. Başqa hansı hücumçunu çağırasan ki?! Yığmada olması normal haldı.
ƏSƏD SEYİDOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 Mart 2025 22:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see233

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see222

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see194

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see147

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see146

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see145

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see141

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see141

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see138

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see134

Lüksemburqda Azərbaycan stendi 15 illik davamlı iştirakı ilə yenidən diqqət mərkəzində olub

24 Noyabr 2025 16:50see133

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see132

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see130

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see129

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see127

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see125

Meyitdən alınan orqan neçə saat yararlıdır?

24 Noyabr 2025 17:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri