“Neftçi”nin futbolçusu: “Davamlı şəkildə meydanda olsam, daha çox şeylər edəcəyimə əminəm”
Icma.az, Idman.biz saytına istinadən bildirir.
“Neftçi” klubunda çıxış edən Azərbaycanın U-21 millisinin futbolçusu Murad Məmmədov davamlı şəkildə meydana çıxsa, daha çox şeylər edəcəyinə əmindir.
Gənc oyunçu U-21-in Avropa çempionatının seçmə mərhələsində səfərdə Cəbəllütariqi məğlub etdikləri (1:0) matçla bağlı fikirlərini bölüşüb:
“Oyun bizim üstünlüyümüz şəraitində keçdi. Asan matç deyildi. Hava şəraiti, həm də meydan amili bizə çox çətinlik yaratdı. Buna baxmayaraq, rəqibi məğlub etdik və vacib olan 3 xalı qazandıq”, - deyə o, “Report”a açıqlamasında bildirib.
Qarşılaşmadakı yeganə qolun müəllifi olan futbolçu bunun ona əlavə motivasiya verəcəyini söyləyib:
“Hər qarşılaşma bizim üçün çox vacibdir. Bu matçda komandaya xeyir vermək xoş hisslər yaratdı”.
“Neftçi” klubunda çıxış edən Murad Məmmədov karyerası barədə də danışıb:
“Əlimdən gələn hər şeyin ən yaxşısını etməyə çalışıram. Şans düşdükcə də istifadə edirəm. Davamlı şəkildə meydanda olsam, daha çox şeylər edəcəyimə əminəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 21 Noyabr 2025 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















