Icma.az
close
up
RU
“Neftçi”nin növbəti mövsüm üçün hədəfi böyükdüsə...” deməli, Eminə ehtiyacı var?

“Neftçi”nin növbəti mövsüm üçün hədəfi böyükdüsə...” deməli, Eminə ehtiyacı var?

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Emin Mahmudovun “Neftçi” ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.

Bilindiyi kimi, 2017-ci ilin sentyabrında “Boavista”dan (Portuqaliya) transfer edilən futbolçu artıq 8 ilə yaxındı “ağ-qaralar”ın şərəfini qoruyur. Sadəcə, işlər indi nə futbolçunun, nə də paytaxt təmsilçisinin istədiyi kimi gedir. Emin 2024/25 “futbol ili” ərzində premyer-liqada 17 (2 qol, 3 məhsuldar ötürmə), ölkə kubokunda 3 (1 məhsuldar ötürmə) oyunda meydana çıxıb. Gah baş məşqçinin qərarıyla, gah da zədəli olduğu üçün komandasına yardım edə bilməyən oyunçunun növbəti mövsümlə bağlı taleyinə hələ aydınlıq gəlməyib.
Bəs, Emin “Neftçi”yə nə dərəcədə lazımdı? Klub onunla müqavilənin müddətini artırsa, faydasını görəcəkmi?
“Football-plus.az”ın suallarını təcrübəli mütəxəssis Arif Əsədov cavabladı:

“Təbii ki, Emin kimi kreativ və düşüncəli futbolçu bütün komandalara lazımdı. “Qarabağ”a, “Zirə”yə, xüsusilə də “Neftçi”yə. Qurban Qurbanovun kollektivində belə oyunçuların sayı çoxdu. Rəşad Sadıqov həmin mövqedə Georgi Papunaşvilidən yararlanır. İnsafən deyim ki, gürcü futbolçu ümidləri artıqlamasıyla doğruldur. “Neftçi”də isə bu yöndə ciddi çətinliklər var. Eminin olmadığı matçlarda orta sahə, demək olar ki, nəzarətsiz qalır. Komanda istədiyi nəticəni əldə etməkdə çətinlik çəkir, baxımlı oyun göstərə bilmir. Əlbəttə, Emin tez-tez zədələndiyi üçün fiziki formasını itirir. Lakin onun düşüncə tərzi, verdiyi qərarlar, meydanda futbolçulara yön verməsi və hakimiyyəti ələ alması kimi xüsusiyyətləri yerindədi. Bu baxımdan “Neftçi”nin növbəti mövsüm üçün hədəfi böyükdüsə, Emin kimi futbolçunun komandada qalması vacibdi. Ola bilər ki, baş məşqçi fərqli düşünür və ona dağıdıcı, mübariz futbolçu lazımdı. Yenə də Emin kimi xüsusi keyfiyyətlərə malik oyunçu hər kollektivə lazımdı. Millidə müvəqqəti baş məşqçi kimi çalışdığım dönəmdə Emin zədə üzündən formasını itirmiş halda düşərgəyə gəlmişdi. Ona müəyyən dəqiqələrdə şans verməklə potensialından maksimum faydalandım. Ümumiyyətlə, hələ də Eminin təcrübəsindən yararlanmaq olar”.

KƏNAN BAHADIR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 18 Aprel 2025 22:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see415

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see278

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see277

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see275

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see261

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see257

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see243

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see237

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see234

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see212

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see202

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see197

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see196

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see192

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see191

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see191

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see183

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see168

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see168

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri