Icma.az
close
up
RU
“Neftçi”nin oyunçusu: Belə azarkeşi olan komanda üstün futbol oynamalıdır

“Neftçi”nin oyunçusu: Belə azarkeşi olan komanda üstün futbol oynamalıdır

Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.

"Yerli futbolçular hər zaman öz aramızda da, legionerlərlə də mübarizə aparıb. Legioner limiti ləğv olunsa da biz yenə rəqabəti davam etdirəcəyik”.

Bu sözləri Teleqraf.com-a Azərbaycan milli komandasının və “Neftçi”nin futbolçusu Elvin Camalov Azərbaycan Premyer Liqasının XXI turunda “Şamaxı”nı 1:0 hesabla məğlub etdikləri matçdan sonra deyib.

30 yaşlı yarımmüdafiəçi çətin qələbəni şərh edib, qarşıdan gələn Azərbaycan kubokunun ¼ final mərhələsinin oyunlarından danışıb:

“Birinci dəqiqədən sona qədər döyüşdük. Hər iki tərəf istəkli idi. Sadəcə, daha çox istəkli olan tərəf qalib gələcəkdi və biz qalib olduq. Çoxdandır qələbə qazana bilmirdik, turnir cədvəlinin aşağı yerlərindəyik. Bu 3 xal bizi motivasiya baxımdan daha da həvəsləndirdi. Düşünürəm ki, Azərbaycan kubokunda bizi çətin oyunlar gözləyir. Bütün rəqiblər yaxşı hazırlaşır. Amma kim istəkli olub, daha döyüşkən mübarizə aparacaqsa, o, qalib gələcək. Əlimizdən gələnin ən yaxşısını edib, kubok oyunlarında azarkeşlərimizi sevindirmək istəyirik”.

Elvin Camalov bir müddət əvvəl “Sabah”dan “Neftçi”yə keçidi barədə fikir bildirib: "Mən “Neftçi”yə yeni gəlmişəm. Ümid edirəm problemlər hamısı tezliklə yoluna qoyulacaq. Buradakı problemlərdən danışmaq mənə düşməz. “Neftçi” kimi azarkeşi olan komanda daha yaxşı yerdə olmalı, daha üstün futbol oynamalıdır.

“Sabah”da kapitan olduğum dönəmlərdə də çalışmışam ki, komanda olaraq əzmkar oyun nümayiş etdirək. Bütün komanda şəklində yaxşı mübarizə aparacağımıza inanıram. “Sabah”dan ayrılmağıma səbəb Vasili Berezutskinin gəlişindən sonra az şans qazanmağım idi. İllərdi komandada kapitan idim. Bir məşqçi məni düşünmürsə, mən də milli komandanın üzvüyəmsə, orda qalıb oturmaq yerinə başqa komandaya faydalı ola biləcəyimi düşündüm”.

Qeyd edək ki, “Neftçi” Azərbaycan kubokunun ¼ final mərhələsi çərçivəsində fevralın 5-i səfərdə “Kəpəz”lə qarşılaşacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 01 Fevral 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri