“Neftçi”nin sabiq baş məşqçisi “Vardar”a təyin olundu
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Azərbaycanın “Neftçi” futbol komandasının sabiq baş məşqçisi Miodraq Bojoviçi Şimali Makedoniyanın “Vardar” futbol klubunun baş məşqçi postuna təyin edilib.
İdman.Biz xəbər verir ki, monteneqrolu mütəxəssis yeni klubu ilə 2028-ci ilin iyununa qədər müqavilə imzalayıb.
57 yaşlı mütəxəssis bu postda argentinalı Kristian Fabianinin gedişindən sonra komandaya müvəqqəti rəhbərlik edən Matiya Mirkovu əvəzləyib.
Təcrübəli mütəxəssis karyerası ərzində “Neftçi”, “Srvena Zvezda”, “Dinamo” Moskva, “Lokomotiv” Moskva, “Rostov”, “Arsenal” Tula, “Krılya Sovetov” və digər klublarda çalışıb.
Bojoviç “Neftçi”yə 2023/24 mövsümündə 22 oyunda rəhbərlik edib. Komanda onun dönəmində 9 qələbə qazanıb, 5 heç-heçə edib və 8 dəfə məğlub olub.
Bojoviç 2015/16 mövsümündə “Srvena Zvezda”nı Serbiya çempionu edib. O, Belqrad klubunda ümumilikdə 83 oyunda 62 qələbə, 11 heç-heçə və 10 məğlubiyyət qeydə alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 02 Sentyabr 2026 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















