Icma.az
close
up
RU
“Neftçi”nin sabiq futbolçusu: “Son yarım il fəlakət idi”

“Neftçi”nin sabiq futbolçusu: “Son yarım il fəlakət idi”

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Neftçi”nin sabiq futbolçusu Mark Tamaş bu gün keçiriləcək Azərbaycan – Macarıstan oyunu ilə bağlı müsahibə verib.

Futbolpress.az xəbər verir ki, macarıstanlı müdafiəçi millinin matçından, Azərbaycandakı karyerasından söz açıb:

– İyunun 10-da Azərbaycan və Macarıstan milli komandaları arasında yoldaşlıq görüşü keçiriləcək. Həmin görüşdən nə gözləyirsiniz?
– Məncə, Macarıstan yığması bu matçda qələbə qazanacaq. Ancaq düşünürəm ki, bu, heç də asan olmayacaq. Yenə də seçmə mərhələyə yaxşı hazırlaşmaq baxımından Macarıstan millisi bu görüşdə qalib gəlməlidir.

– Komandanız DÇ-2026-nın seçmə mərhələsində Portuqaliya, İrlandiya və Ermənistanla qarşılaşacaq. Azərbaycan millisi ilə oyun Macarıstan yığmasına nə qazandıra bilər?
– Unutmayaq ki, bu, yoldaşlıq oyunudur. Baş məşqçi məhz belə qarşılaşmalarda nəyin yolunda getdiyini, nəyin düzgün olmadığını görə bilir. Çünki bu cür matçlarda müxtəlif taktiki variantlar və yeni oyunçular sınaqdan keçirilir. Azərbaycanla oyun da qarşıdakı rəsmi görüşlər öncəsi bəzi məqamları yoxlamaq baxımından yaxşı fürsətdir.

– Ölkəmizdə çıxış etdiyiniz üçün Azərbaycan millisinin əksər futbolçularını tanıyırsınız. Sizcə, millimizin güclü və zəif tərəfləri nələrdir?
– Millinizin bir çox futbolçusu daxili çempionatda çıxış edir və demək olar ki, eyni komandalarda oynayırlar. Bu, onların bir-birilərini daha yaxşı tanımasına səbəb olur. Bu da Azərbaycan millisinin əsas üstünlüklərindən biridir.

– Macarıstanlı futbolçular millimizin heyətində ən çox kimdən çəkinməlidirlər?
– Emin Mahmudov və Mahir Emrelidən. Eminlə “Neftçi”də komanda yoldaşı olmuşam, Mahiri isə Polşadan tanıyıram. Mən 2020–2022-ci illərdə “Slask” klubunda oynayırdım, Mahir də həmin dövrdə qısa müddət “Legiya”nın formasını geyinmişdi. Hər ikisi çox keyfiyyətli futbolçudur.

– Bəs Macarıstan millisinin ən böyük üstünlüyü nədir və əsas “silah”ı kimlərdir?
– Macarıstan yığması çox güclü kollektivdən ibarətdir. Əsas üstünlüyümüz baş məşqçinin illərdir qurduğu komanda ruhudur. Əksər futbolçular Top-5 liqalarda çıxış edirlər. Üstəlik, Dominik Soboslay kimi lider kapitanımız var.

– 33 illik Azərbaycan çempionatında çıxış etmiş yeganə macar futbolçusunuz. Bunu bilirdiniz?
– “Neftçi”də oynamağa başlayanda bu barədə eşitmişdim. Bu statistika mənə çox maraqlı gəldi. Azərbaycan çempionatının yeganə macar futbolçusu olmaq qürurverici və sevindirici bir məqamdır.

– Polşa, Rumıniya və Azərbaycanda legioner həyatı yaşamısınız. Bu ölkələri necə müqayisə edərdiniz? Azərbaycandakı il yarımlıq müddəti necə xatırlayırsınız?
– Futbolçu üçün Polşa ən yüksək səviyyədir. Xüsusən də azarkeş dəstəyi və liqanın rəqabət baxımından güclü olması fərq yaradır. Azərbaycandakı ilk ilim uğurlu keçdi – son tura qədər ikinci yer uğrunda mübarizə apardıq. Amma son yarım il fəlakət idi. Düzünü desəm, “Neftçi” daha yaxşısına layiqdir.

– Bakı sizdə necə təəssürat yaratdı?
– Bakı möhtəşəm şəhərdir. Vaxtımız olanda hələ də dostlarımızı görmək üçün ora gedirik. Ailəm də bir neçə həftə əvvəl Bakıda idi.

– Azərbaycandan yenidən təklif alsanız, cavabınız necə olar?
– Bunu dəqiq deyə bilmərəm. Bu qərar bir çox amildən asılıdır. Amma şübhəsiz ki, bu barədə müsbət düşünürəm.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 10 İyun 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri