“Neftçi”nin sabiq qapıçısı: “Azərbaycandan təklif almamışam”
sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Polşanın "Legiya" (Varşava) klubuna transfer olunan "Neftçi"nin sabiq qapıçısı İvan Brkiç Sport24.az-a açıqlama verib.
Xorvatiyalı qolkiper Motor Lublindən "Legiya"ya keçidini dəyərləndirib və yeni komandasında etimadı doğrultmağa çalışacağını bildirib.
Brkiç Azərbaycandan təklif alıb-almaması ilə bağlı suala da aydınlıq gətirib:
"Legiya"ya transfer mənim üçün yeni başlanğıcdır. Bu, böyük tarixə malik klubdur. Mənə göstərilən etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Azərbaycandan təklif almışammı? Açıq danışacağam, ölkənizi çox sevirəm. Amma mənə heç bir təklif olmayıb".
Qeyd edək ki, İvan Brkiç 2024-cü ildən "Motor"un heyətində çıxış edib və yay transfer dönəmində "Legiya" ilə müqavilə imzalayıb. O, 2022-2024-cü illərdə "Neftçi"nin uğurları üçün çalışıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 30 May 2026 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















