“Neftçi”nin ulduzu şəxsi münasibətlərin qurbanına çevrildi
Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
Kamerun millisinin sabiq baş məşqçisi Mark Braysın açıqlamaları yerli futbol ictimaiyyətində böyük səs-küy yaradıb. Sport24.az "Africasoccer"ə istinadən xəbər verir ki, belçikalı mütəxəssis Afrika Millətlər Kuboku üçün açıqlanan heyətin Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto"onun tərtib edildiyini bildirib və siyahıda ciddi manipulyasiyalar olduğunu iddia edib.
Braysın sözlərinə görə, Kamerun yığmasının liderlərindən biri, "Neftçi"nin hücumçusu Vensan Abubakar siyahıdan futbol səbəbinə görə deyil, şəxsi münasibətlərə görə çıxarılıb.
"Eto"o vacib oyunçuları – liderləri siyahıdan çıxarıb. Bunun futbolla heç bir əlaqəsi yoxdur. Dünya səviyyəli qapıçısız (Andre Onana), Abubakarsız turnirə necə gedə bilərsən? Bu oyunçular prezidentin qarşısına çıxmağa cəsarət edən xarakter sahibləridir".
Brays həmçinin Eto"onu "narsist" adlandırıb və heyətin əslində yeni baş məşqçi David Pagou tərəfindən deyil, birbaşa federasiya rəhbəri tərəfindən seçildiyini vurğulayıb.
Kamerun yığmasının hücum xəttinin ən güclü silahlarından biri olan Vensan Abubakarın AFCON-2025 heyətinə düşməməsi təkcə ölkəsində deyil, Azərbaycanda, "Neftçi" azarkeşləri arasında da təəccüb doğurub. 32 yaşlı forvard bu mövsüm Premyer Liqanın ən təcrübəli hücumçularından biri kimi ön plandadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 08 Dekabr 2025 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















