“Neftçi”nin zədəli qapıçısı “Dinamo” ilə cavab oyununda iştirak edə biləcəkmi? Klubdan ə AÇIQLAMA
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Azərbaycanın “Neftçi” futbol klubunun UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində Belarusun “Dinamo” (Minsk) komandasına qarşı ilk oyunda zədələnən qapıçısı Emil Balayevin son durumu məlum olub.
Klubun mətbuat katibi Asəf Zeynallının İdman.Biz-ə verdiyi məumata görə, 32 yaşlı qolkiper dünəndən etibarən məşqlərdə iştirak edir.
“Emil Balayev bu gün də hazırlığını davam etdirəcək. Ağrıları olmazsa və əlavə problem yaşanmazsa, komanda ilə birlikdə məşqlərini davam etdirəcək və səfərə yollanacaq”, - deyə o saytımıza açıqlamasında deyib.
Qeyd edək ki, “Dinamo” (Minsk) - “Neftçi” cavab görüşü iyulun 30-da Bolqarıstanın Stara Zaqora şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk oyunda Belarus təmsilçisi Bakıda 4:2 hesablı qələbə qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 27 İyul 2026 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















