Emil Balayev “Dinamo” ilə cavab oyununda meydana çıxacaq? “Neftçi”dən AÇIQLAMA
Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Belarusun “Dinamo” (Minsk) komandası ilə Bakıda keçirdiyi ilk oyunda zədələnən qapıçı Emil Balayevin cavab görüşündə oynayıb-oynamayacağı hələ dəqiqləşməyib.
Bu barədə “ağ-qaralar”ın mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı məlumat verib.
Klub rəsmisinin sözlərinə görə, görüşün 46-cı dəqiqəsində dizindən zədələnərək Rza Cəfərovla əvəzlənən 32 yaşlı qolkiper bərpa prosesindədir:
"Emil Balayev dünəndən etibarən məşqlərin 70 faizində iştirak edir. Bu gün də hazırlığını davam etdirəcək. Əgər ağrıları olmasa və hər hansı problem yaşanmasa, məşqlərini davam etdirəcək. Bu halda komanda ilə birlikdə səfərə yollanacaq”.
Qeyd edək ki, Bakıda keçirilən ilk oyun “Neftçi”nin 2:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
Bakı təmsilçisi iyulun 30-da Macarıstanda “Dinamo” (Minsk) ilə cavab görüşünə çıxacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 27 İyul 2026 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















