Icma.az
close
up
RU
Neftdə “qızıl orta”: “Qiymət 100 dollara yüksəlsə...”

Neftdə “qızıl orta”: “Qiymət 100 dollara yüksəlsə...”

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Avropa İttifaqının və ABŞ-nin Rusiyaya qarşı tətbiq etdikləri yeni sanksiyalar paketindən sonra Rusiya Hindistana satdığı “Urals” markalı neftin qiymətində əhəmiyyətli güzəşt edib. 

“Bloomberg” agentliyinin məlumatına görə, noyabr ayı üçün daxil olan sifarişlərdə Hindistan Rusiya neftinin 1 barelini təqribən 2,5 dollar güzəştlə alacaq.

Rəsmi Vaşinqtonun ABŞ-yə idxal edilən Hindistan mallarına 50 faiz rüsum tətbiq etməsinə baxmayaraq, ucuz neft Hindistanın neftayırma zavodlarını daha çox cəlb edir. 

“Kpler LTD” konsaltiq şirkətinin hesablamasına görə, noyabr ayında Hindistan Rusiyadan neft idxalını artıraraq sutkada 1,7 milyon barelə çatdıracaq ki, bu da sentyabrdakı idxaldan 6 faiz çoxdur. 

Agentlik onu da qeyd edib ki, Hindistan Yaxın Şərqdən və Afrika ölkələrindən də neft almaq üçün məsləhətləşmələr aparır. Bu qiymət xüsusən gəlirinin əsas mənbəyi neft olan ölkələrə necə təsir edəcək? Ümumi neft bazarına necə təsir edəcək? 

Mövzu ilə bağlı “Cebheinfo.az” – a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, Qərb ölkələri Rusiya neftini məhdudlaşdırmağa çalışsa da, böyük istehlakçılar bu məhdudiyyətlərə tam əməl etmir: 

“Rusiya neftinə qarşı sanksiyalar uzun zamandır var və qiymət tavanı da artıq iki ildən çoxdur ki, tətbiq olunurdu. Sadəcə əvvəllər 60 dollar qoyulmuşdu, indi isə 48 dollar müəyyən edilib. Amma Çin və Hindistan hələ də neft almaqda davam edir. Çünki Çin və Hindistana həm Avropa Birliyi, həm də ABŞ yüksək tariflər tətbiq etsə, sanksiyalar tətbiq olunsa, bu, dünya iqtisadiyyatını çökdürə, kollaps yaşana bilər. 

Ona görə də Amerika Birləşmiş Ştatları Hindistana 25% əlavə rüsum tətbiq etdi. Lakin bu addım əslində bəhanə idi. Çünki Hindistanla ABŞ arasındakı ticarət dövriyyəsində Hindistanın üstünlüyü var, belə ki, Hindistan daha çox mal satır”. 

Onun sözlərinə görə, ABŞ ticarət balansını tənzimləmək üçün Rusiya neftinə görə Hindistana əlavə rüsum tətbiq etdi: 

“ABŞ bu situasiyadan istifadə edərək, Rusiya neftinə görə əlavə 25% rüsum qoydu ki, müəyyən tarazlıq yaransın və ticarət balansındakı mənfi situasiya aradan qaldırılsın. Neft bazarına da bunun təsirləri ola bilər. Yəni Rusiya təqribən 4,8 milyon barrel nefti gündə müxtəlif üsul və yollarla satır”. 

İqtisadçı qeyd edib ki, Rusiya nefti tamamilə bazardan çıxarılsa, bu, qiymətləri sürətlə yüksəldə bilər: 

“Tamamilə bazardan çıxarılsa, kəskin qadağalar qoyulsa, neftin qiyməti 100 dollara da qalxa bilər. Bu isə nə Amerikaya, nə də Avropaya sərf edər. Çünki Amerika və Avropa neft istehlakçılarıdır. Benzinin qiyməti qalxar, inflyasiya yüksələr, bütün sahələrdə qiymət artımı müşahidə oluna bilər. Ona görə də burada "qızıl orta”nı tapmağa çalışırlar. Həm dövlətlər, həm Rusiyaya təzyiq olunsun, həm də neft bazarında ciddi təlatümlər müşahidə olunmasın. Bu “qızıl orta”nı tapmaq üçün birgə müəyyən addımlar atılmasına cəhdlər göstərilir”. 

Gülər 
“Cebheinfo.az”

Açar sözlər: neft Natiq Cəfərli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Oktyabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri