Icma.az
close
up
RU
“Neftin 6 dollar ucuzlaşmasına görə Azərbaycan hər gün 5 milyon dollar itirir”

“Neftin 6 dollar ucuzlaşmasına görə Azərbaycan hər gün 5 milyon dollar itirir”

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


Xəbər verdiyimiz kimi, dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti son bir sutka ərzində 3,5 dollar ucuzlaşaraq 64 dollara düşüb.
Yeniavaz.com
xəbər verir ki, Azərbaycanın dövlət büdcəsində 2025-ci il üçün neftin bir bareli 70 dollar səviyyəsində nəzərdə tutulub.
Bu isə o deməkdir ki, hazırda Azərbaycan nefti büdcədə nəzərdə tutulan qiymətdən 6 dollar ucuz satılır.
Bəs belə bir vəziyyət Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər?
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirib ki, neft qiymətlərinin qısa müddətlik azalması iqtisadiyyata ciddi təsir göstərməyə bilər:
“Lakin qiymətlərin uzun müddət aşağı səviyyədə qalması iqtisadiyyat üçün mənfi fəsadlara səbəb olacaq. Neftin ucuzlaşması ilk növbədə Dövlət Neft Fondunun gəlirlərinə təsir edəcək. Bildiyimiz kimi, dövlət büdcəsinin təxminən yarısı Neft Fondundan verilən transfertlər hesabına formalaşır. Məsələn, əgər neftin qiyməti büdcədə nəzərdə tutulan 70 dollardan 64 dollara düşərsə, bu o deməkdir ki, Azərbaycan hər gün təxminən 5 milyon dollar itirir. Bu ilin yanvar ayında Azərbaycan 25 milyon bareldən çox neft ixrac edib. Günlük neft ixracı orta hesabla 830 min barel təşkil edir”.

Allahverdi Aydın
Ekspert əlavə edib ki, qiymətlərin aşağı düşməsi büdcədə nəzərdə tutulan sosial və infrastruktur layihələrə də mənfi təsir göstərə bilər:
“Neftdən əldə edilən gəlirlərin azalması həm də valyuta bazarına təsir edir. Bildiyimiz kimi, Azərbaycana daxil olan valyutanın böyük bir hissəsi neft ixracından formalaşır. Ölkəyə daxil olan valyutanın azalması manatın məzənnəsinə təzyiqləri artırır. Belə olan halda hökumət manatın dəyərini qorumaq üçün bazara daha çox valyuta buraxmalı olacaq ki, bu da valyuta ehtiyatlarında azalma ilə nəticələnə bilər. Əgər 2015-ci ildə olduğu kimi, manatın dəyəri aşağı salınarsa, yəni devalvasiya baş verərsə, inflyasiya səviyyəsi də yüksələcək. Manatın dəyərdən düşməsi ilk növbədə xaricdən gətirilən məhsulların qiymətini artıracaq”.
İqtisadçı eyni zamanda bildirib ki, neftin ucuzlaşmasına tamamilə mənfi bir hal kimi baxmaq da doğru deyil:
“Gec-tez Azərbaycan iqtisadiyyatı neftdən asılılığını azaltmalıdır. Onsuz da neft tükənən bir sərvətdir. İqtisadiyyatı yalnız neft gəlirləri üzərində qurmaq və davam etdirmək mümkün deyil. Neftin qiymətinin tədricən aşağı düşməsi əslində qeyri-neft sektorunun inkişafını sürətləndirmək üçün fürsət ola bilər”.
Elnur Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 10 Aprel 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri