Icma.az
close
up
RU
Neftin bahalaşmasının Azərbaycana müsbət təsirləri var?

Neftin bahalaşmasının Azərbaycana müsbət təsirləri var?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycan neftinin qiyməti dünya bazarında bahalaşmaqda davam edir.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,49 ABŞ dolları, yaxud 0,72 % artaraq 68,59 ABŞ dolları təşkil edib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 67,91 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,51 ABŞ dolları və ya 0,77 % artaraq 67,08 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Bəs neftin dünya bazarında bahalaşmasının Azərbaycan iqtisadiyyatına hansı təsirləri var?

Mövzu ilə bağlı fikirlərini "Cebheinfo.az" ilə bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bu gün Azərbaycan nefti hökumətin büdcədə hədəflədiyi 70 ABŞ dolları qiymətindən aşağı satılır:

“Belə ki, dövlət büdcəsində bir barel üçün qiymət 70 ABŞ dolları müəyyənləşdirilib, lakin hazırda Azərbaycan neftinin qiyməti təxminən 67 dollar ətrafındadır. Bu vəziyyət müəyyən çatışmazlıqlar yaratsa da, ümumilikdə isə indiki neft bazarında kifayət qədər uğurlu göstərici hesab olunur".

O bildirib ki, dövlət büdcəsi məhz müəyyənləşdirilmiş neft qiyməti əsasında formalaşdırılır:

“Yəni Azərbaycan iqtisadiyyatı və büdcəsi böyük ölçüdə neft gəlirlərindən asılıdır. Neftin qiyməti yüksək olduqda büdcə öhdəliklərini yerinə yetirmək daha asan olur, əlavə imkanlar yaranır. Lakin qiymətlərin ucuzlaşması problemlərə yol açır”.

Onun sözlərinə görə, Azərbaycan neftinin dünya bazarında baha satılması iqtisadiyyata sabitlik gətirir, ucuzlaşması isə dövlət gəlirlərini azaldaraq ciddi risklər yaradır:

"Hökumət manatı neftdən gələn gəlirlər hesabına sabit saxlayır. Hər ay milyonlarla dollar hərraca çıxarılır ki, manat sabit qalsın. Azərbaycan iqtisadiyyatı və dövlət büdcəsi ölkənin ixracatının təxminən 90 faizini təşkil edən xam neftin satışından əldə edilən gəlirlərdən asılıdır.

Bu səbəbdən neft qiymətləri bahalaşdıqda gəlirlər artır və iqtisadiyyat daha rahat idarə olunur, ucuzlaşdıqda isə gəlirlərin azalması fonunda problemlər dərinləşir".

Əfsanə Rəcəb 
"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Avqust 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri