Icma.az
close
up
RU
Neftlə bağlı HƏYƏCAN TƏBİLİ: İran Hörmüz boğazını bağlasa…

Neftlə bağlı HƏYƏCAN TƏBİLİ: İran Hörmüz boğazını bağlasa…

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

“ABŞ və İran arasında mümkün hərbi toqquşma ehtimalının gündəmə gəlməsi neft bazarlarında dərhal risk qavrayışını yüksəldir. Xüsusilə, Hörmüz boğazı faktorunun yenidən müzakirəyə açılması bazarlarda psixoloji təzyiq yaradır, çünki qlobal neft daşımalarının əhəmiyyətli hissəsi məhz bu marşrutdan keçir”.

Bu fikirləri politoloq Züriyyə Qarayeva KONKRET.az-a açıqlamasında səsləndirib.

“Hətta əməliyyatın məhdud və qısa müddətli olacağı ehtimalı belə treyderlər üçün qiymət artımı siqnalı kimi oxunur. Bu səbəbdən neftin qiymətində real təklif kəsintisi baş verməsə belə, gözlənti və spekulyativ faktorlar üzərindən sürətli bahalaşma dalğası yarana bilər”.

Politoloq qeyd edir ki, enerji qiymətlərindəki artım təkcə neftlə məhdudlaşmaya bilər.

“Qaz bazarları, xüsusilə Avropa üçün alternativ mənbələrin məhdud olduğu bir dövrdə, Yaxın Şərqdə gərginliyin dərinləşməsi əlavə təzyiq yarada bilər. Bu vəziyyət inflyasiyanı yenidən sürətləndirə, mərkəzi bankların faiz siyasətini sərtləşdirməyə məcbur edə və qlobal iqtisadi bərpanı zəiflədər. Yəni mümkün hərbi toqquşma təkcə regional təhlükəsizlik məsələsi deyil, enerji bazarları üzərindən bütün dünya iqtisadiyyatına təsir göstərə biləcək ciddi bir risk amilidir”.

Aynurə İsmayıl
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 Yanvar 2026 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see284

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see269

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see260

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see260

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see258

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see252

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see246

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see244

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see235

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see227

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see221

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see221

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see218

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see212

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see208

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see207

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see206

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see198

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri