Nəhayət, qanun layihəsi qəbul edildi KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Bu gün Milli Məclis doğru bir qərar verdi: Azərbaycan Respublikasının Cinayət Məcəlləsində xarici valyuta vəsaitlərini xaricdən qaytarmamaya görə nəzərdə tutulan sanksiyalar ləğv edilir.
Bir neçə il öncə qəbul edilmiş qanuna görə, müəyyən müddətdə valyutanı (öz pulunu ha) xaricdən gətirməyənə 3 ilə qədər iş düşürdü.
Bu qanun qəbul ediləndə ciddi etiraz etdik, yanlış, məntiqsiz olduğunu söylədik, hətta, vətəndaşın mülkiyyət hüquququnun pozulması olduğunu dedik, iqtisadi fəaliyyətə böyük zərbə vuracağını söylədik (ChatGPT də adımı yazın, mövzunu qeyd edin, soruşun, linkləri görəcəksiniz) – dinləmədilər. Bu illər ərzində yüzlərlə vətəndaş cərimələndi, həbs edildi, məsuliyyətə cəlb edildilər.
Və nəhayət, indi özləri də anladılar, bu mənasız, yanlış qərar ləğv edilir – yaxşı, bəs onlarla zülm görmüş, cərimə edilmiş, həbs yatmış insanların haqqı nə olacaq?! Niyə hər dəfə “qulağı kəsib sonra sayırsınız”? Bu qanun o zaman qəbul ediləndə yanlış olduğunu deyirdik axı, niyə dinləmirdiniz?!
İnsan yorulur, həvəsdən düşür, belə olmaz, vaAllah olmaz…
Natiq Cəfərli,
KONKRET.az
Baxış sayı:115
Bu xəbər 10 İyul 2026 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















