Nəhəng asteroid sürətlə Yerə yaxınlaşır: Toqquşma riski varmı?
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu ilin aprel ayında kəşf edilən və müvəqqəti olaraq "2026 HN1" adı verilən asteroid mayın ilk həftəsində Yerə maksimum məsafəyə yaxınlaşacaq.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) və qurumun Yerətrafı Obyektləri Araşdırma Mərkəzi (CNEOS) məlumat yayıb.
Bildirilib ki, sözügedən kosmik cismin planetimizə ən yaxın keçidi mayın 6-da baş tutacaq.
Proqnozlara əsasən, asteroid Yerlə Ay arasındakı məsafədən təxminən doqquz dəfə uzaqdan, saniyədə 14 kilometrdən artıq sürətlə keçəcək. Kosmik cismin diametri 49-110 metr aralığında qiymətləndirilir.
Alimlər vurğulayırlar ki, nəhəng ölçülərinə baxmayaraq, asteroidin hazırkı trayektoriyası toqquşma təhlükəsi yaratmır. Bununla belə, mütəxəssislər bu növ obyektlərin potensial təhlükə mənbəyi olduğunu xatırladırlar. Belə bir cismin quruya düşməsi regional miqyaslı dağıntılara, okeana düşməsi isə güclü sunamilərə səbəb ola bilər.
Hazırda Avropa Kosmik Agentliyinin (ESA) risk siyahısında 1 970-ə yaxın obyekt var, lakin onların Yerlə toqquşma ehtimalı minimaldır. Beynəlxalq agentliklər asteroidlərin trayektoriyasını dəyişdirə biləcək texnologiyalar üzərində çalışaraq planetar müdafiə sistemlərini inkişaf etdirirlər.
Baxış sayı:165
Bu xəbər 01 May 2026 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















