“Nəinki bu mövsüm, növbəti “futbol ili”ndə də “Kəpəz” adı qorunacaq” bu inam nəyə söykənir?
Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Kəpəz" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşsa da, sonuncu sırada olan "Səbail"dən cəmi bir xal öndədi.
Tərəfdarları narahat edən əsas məqamlar isə bununla bitmir. “Sarı-göylər”in daha bir neçə transferlə güclənməyə ehtiyacı var. Həmçinin kollektiv sabit uğurlu nəticələr qazanmaqda çətinlik çəkir.
Bəs, bu problemlərin aradan qaldırılması yönündə addımlar atılırmı? “Kəpəz” premyer-liqada qalmağın formulunu tapa biləcəkmi?
“Football-plus.az”ın suallarını klubun icraçı direktoru Cabir İbrahimov cavabladı:
“Düzdü, aşağı pillələrdə qərarlaşan komandalar arasında gərgin mübarizə gedir və demək olar ki, hər həftə sonuncu sıradakı kollektiv dəyişir. Lakin bu o demək deyil ki, “Kəpəz” premyer-liqanı tərk edəcək. Son iki mövsümdə bütün çətinliklərə, maliyyə sıxıntılarına baxmayaraq, döyüşüb elitada qala bilmişik. İnanıram ki, “Kəpəz” azarkeşləri məyus olmayacaq. Baş məşqçimizə komandayla bağlı hansısa məhdudiyyət qoyulmayıb. Oyunçu seçimi və dəyişikliyi ilə bağlı “sükan” Azər Bağırovun əlindədi. Nəinki bu mövsüm, növbəti “futbol ili”ndə də “Kəpəz” adı qorunacaq. Biz premyer-liqaya rəng qatmağa davam edəcəyik”.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 02 Fevral 2025 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















