Icma.az
close
up
RU
Nəm salfet istifadə edənlərə HƏKİM XƏBƏRDARLIĞI

Nəm salfet istifadə edənlərə HƏKİM XƏBƏRDARLIĞI

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hazırda məişətdə, işdə, məktəbdə, yolda - demək olar ki, hər yerdə ən geniş şəkildə istifadə etdiyimiz təmizləyici vasitə nəm salfetlərdir.

Gözəl qoxuya sahib olan bu salfetləri alır, ondan evin, kompüterlərin, iş masalarının tozunun alınmasında, yeməkdən sonra əllərimizin silinməsində, ən çox da uşaqların təmizliyində və sair istifadə edirik.

Mübaliğəsiz demək olar ki, bütün qadınların çantasında nəm salfet var.

Bəs görəsən nəm salfetlərdən daim istifadə ziyansızdırmı?
Ailem.az-ın məlumatına görə, Dermatoloqlar gigiyenik vasitəni dəqiqliklə araşdırdıqdan sonra bu qənaətə gəliblər ki, salfetlər dərinin allergik reaksiyasına səbəb ola bilər. Bundan əlavə, tibbi statistikaya əsasən, bu cür hallar dünyanın müxtəlif bucaqlarında tez-tez baş verir. Məlum olub ki, nəm salfetlərdən istifadə edən şəxslərin 11%-də ciddi dəri xəstəlikləri əmələ gəlib. Bu göstəricilər həm də körpələri əhatə  edib. Sözügedən məlumatı "Sydney Morning Herald" ictimaiyyətə təqdim edib. Orada bildirilir ki, alimlər bu xəstəliklərin dəqiq hansı səbəbdən yarandığını araşdırmağa çalışır. Ehtimal olunur ki, salfetlərin hopdurduğu maddədə olan metilizotiazolin dermatitin üzə çıxmasına təsir göstərir.

Məsələ ilə bağlı danışan dermatoloq Firayə Məmmədova deyir ki, nəm salfetlərdən istifadə həqiqətən də dəriyə zərər verir: "Xüsusilə də həssas dərilərdə, uşaqlıq çağında eqzema keçirənlərdə, kontak dermatiti olanlarda həssaslıq daha artıq olduğu üçün bütün xəstələrdə bunun zərərini görə bilirik".

Dermatoloq söyləyir ki, nəm salfetlərin hazırlanmasında istifadə olunan kimyəvi vasitələr, spirt dərinin zədələnməsinə səbəb olur. Bu fəsadlar uşaqlarda daha ağır olur: "Çünki uşaqların dərilərin daha zəi və həssasdır. Bəzi markalar var ki, müəyyən keyfiyyətə malikdirlər, amma istənilən halda biz nəm salfetlərin istifadəsini tövsiyə etmirik. Bununla yanaşı makiyajın da təmizlənməsində geniş istifadə olunan bu vasitə üzdə qızartıların, sızanaqların yaranmasına səbəb olur. Onu da qeyd edim ki, əgər uşaqlarda, yaxud böyük şəxslərin dərisində bununla bağlı hansısa problem yaranarsa, mütləq həkimə müraciət etmək lazımdır. Biz aparılan müayinə nəticəsində problemi araşdırıb müalicə təyin edirik. Xüsusi nəmləndirici kremlərdən istifadəni məsləhət görürük".

Tərkibindəki qatqı maddələrinə görə uşaqları nəm salfetlərlə silməyi qətiyyən məsləhət görməyən pediatr Günay Rəsulova bildirir ki, salfeti nəm saxlamaq üçün ona müxtəlif kimyəvi maddələr vururlar: "Bunlar isə uşaq dərisini aşındırır, zədələyir. Onların dərisində infeksiyalaşır ki, bu da dermatitə gətirib çıxara bilər. Bundan əlavə, uşaqlarda nəm salfetlərin istifadəsi sidik yolu infeksiyalarının yaranmasına da yol açır. Nəm salfetlərin zərərlərinin digər səbəbi isə dərini nəm saxlamasıdır. Bilirsiniz ki, nəm şəraitdə də göbələk infeksiyalarının artmasına geniş şərait yaranır. Bu isə uşaqda qaşınma və səpkilər yaradır. Ona görə uşaqları təmizləmək üçün nəm salfetlərdən istifadəni qətiyyən tövsiyə etmirik. Bunun əvəzinə yaxşı olar ki, onları su ilə yusunlar və yaxşı-yaxşı qurulasınlar. Bundan başqa, pambığı adi su ilə isladıb onunla da lazım olan yerləri silmək olar. Bu halda uşağın dərisində heç bir səpki, qızartı müşahidə edilməyəcək".

Apardığımız kiçik araşdırmadan da məlum oldu ki, bu cür kimyəvi tərkibli vasitələrdən istifadə dəriyə çox zərərlidir. Mütəxəssislər də məsləhət görür ki, bu cür ətirli, yumşaq, bahalı, qeyri-təbii vasitələrdən istifadə etməkdənsə paklığın, saflığın özü olan sudan yararlanaraq, sağlamlığınıza zərər vurmazsınız.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see483

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see377

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see342

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see304

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see290

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see265

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see251

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see251

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see245

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see241

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see235

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see226

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see225

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see222

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see215

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see214

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see201

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see197

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri