Icma.az
close
up
RU
Nəm salfetlər Azərbaycanda da qadağan olunmalıdır? AÇIQLAMA

Nəm salfetlər Azərbaycanda da qadağan olunmalıdır? AÇIQLAMA

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Gündəlik həyatımızda tez-tez istifadə etdiyimiz nəm salfetlər hər nə qədər bizim işimizi asanlaşdırsa da, bu vasitələr təbiətə böyük ölçüdə zərər vurur. Elə bu səbəbdən qonşu Türkiyə nəm salfetləri qadağan etməyə hazırlaşır.

Avropa Birliyi bu yaxınlarda üzv dövlətlərindəki supermarketlərdə plastikdən və bioloji parçalanmayan materiallardan hazırlanmış nəm salfetlərin satışını məhdudlaşdırıb. Məlumata görə, Türkiyə Ticarət Nazirliyi də oxşar tədbir üzərində işləyir. Nazirliyin yeni qaydası ilə dünyada ən çox nəm salfet istehlakına malik ölkələrdən biri olan Türkiyədəki supermarketlərdə nəm salfetlərin satışı da qadağan ediləcək.
Son illərdə Azərbaycan da ekologiyanı qorumaq baxımından müxtəlif addımlar atır. Bunlara ən böyük nümunə kimi ölkəmizdə COP-29-un keçirilməsini göstərmək olar.

Bütün bunları nəzərə alaraq yaş salfetlərin yaxın gələcəkdə Azərbaycanda da qadağan olunub-olunmayacağı sual doğurur.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan "Smart Waste MMC"nin direktoru, tullantıların idarə olunması üzrə mütəxəssis Süleyman Əliyev bildirib ki, nəm salfetlər ən problemli tullantı növlərindən biridir:

“Nəm salfetlər, rahat istifadəsinə və bəzən “kanalizasiya üçün təhlükəsiz” kimi təqdim edilməsinə baxmayaraq, dünya üzrə ən problemli tullantı növlərindən biridir. Onların tərkibində polyester və polipropilen kimi sintetik liflər mövcuddur və bu səbəbdən təbii şəkildə parçalanmır. Atıldıqdan sonra torpaqda, çaylarda və dənizdə mikroplastik çirklənməsinə səbəb olur. Kanalizasiya sistemlərinə atıldıqda boruların tutulmasına, təmizləyici qurğuların sıradan çıxmasına və sonda ciddi texniki və ekoloji problemlərə yol açır.
Tullantıların idarə edilməsi və ətraf mühitin qorunması baxımından, nəm salfetlərin satışının qadağan olunması ilə bağlı müzakirələr təkcə Türkiyə üçün deyil, Azərbaycan kimi ölkələr üçün də çox aktuallıq daşıyır”.

Ekoloqun sözlərinə görə, Azərbaycanda da həyat tərzinin dəyişməsi, turizmin artması və pərakəndə satış, kosmetika kimi sektorların genişlənməsi səbəbindən nəm salfetlərin istehlakı artır:
“Lakin hazırkı tullantıların idarəetmə infrastrukturu bu məhsul kateqoriyasını dayanıqlı şəkildə emal etmək üçün uyğun deyil. Nəm salfetlərin təkrar emalı çox çətindir, bəzən ya qanunsuz ərazilərə atılır, ya da uzunmüddətli parçalanma ilə poliqonlarda yığılır. Ekoloji baxımdan onların uzun ömürlü və parçalana bilməyən tərkibi ciddi risk yaradır.

S.Əliyev “Azərbaycanda nəm salfetlərin satışı qadağan edilməlidirmi?” sualını belə cavablandırıb:

“Tam qadağa ilk addım olmaya bilər. Daha məqsədəuyğun yanaşma mərhələli və sistemli olmalıdır: 
1. Tərkibə dair tənzimləmə – bioloji parçalanan və plastikdən azad alternativlərin stimullaşdırılması.
2. İstehsalçı məsuliyyəti (EPR) tətbiqi – istehsalçılar və idxalçılar tullantının idarə edilməsi, təkrar emal üzrə araşdırmalar və maarifləndirmə üçün məsuliyyət daşımalıdır.
3. İctimai maarifləndirmə kampaniyaları – problemin böyük hissəsi məhsulun özündən deyil, yanlış utilizasiyadan qaynaqlanır.
4. Tələblərə cavab verməyən məhsullar üçün məhdudiyyətlər və ya mərhələli qadağa tətbiq etmək mümkündür.

Əgər Türkiyədə qadağa və ya sərt qaydalar tətbiq olunarsa, bu region üçün mühüm nümunə olacaq. Azərbaycan da həmin təcrübəni izləyərək oxşar qaydaların yerli ekosistem və tullantı idarəetmə sisteminə verə biləcəyi faydaları qiymətləndirməlidir.

Nəticə etibarilə demək olar ki, nəm salfetlər gizli, amma ciddi ekoloji problemdir. Azərbaycan bu tendensiyanı görməzliyə vurmamalı, əksinə davamlı tənzimləmə, istehsalçı məsuliyyəti və ekoloji meyarlara uyğun olmayan məhsulların məhdudlaşdırılması istiqamətində qabaqlayıcı addımlar atmalıdır”.

Billurə Yunus

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 Dekabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri