Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

Nəm salfetlərdəki təhlükə ARAŞDIRMA

Nəm salfetlərdəki təhlükə ARAŞDIRMA

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Onların tərkibində kansorogen maddələrdən benzinədək hər şey var

Son illərin ən çox yayılan təmizlik vasitələrindən biri olan nəm (islaq) dəsmal-salfetlər təhlükə mənbəyidir. Bu salfetlərin özündə kimyəvi maddələr ehtiva etdiyini iddia edən ekspertlər xüsusilə uşaqlı anaların çox istifadə etdiyi bu təmizlik vasitəsinin yaradacağı fəsadlar barədə narahatdır.

Məktəbli uşaqların çantasına qoyduğumuz, ictimai nəqliyyatdan istifadədən sonra əllərimizi təmizlədiyimiz, altını islatmış körpələrin təmizliyində daha çox istifadə etdiyimiz nəm salfetləri gigiyena məqsədi ilə istifadə edəndə onun əslində xəstəliklərə yol açdığının fərqində deyilik.

Bu salfetləri sıxdıqda onlardan maye damır, qoxusundan isə tərkibindəki kimyəvi maddələri hiss etmək olur. Nəm salfetləri çox istifadə etdikdə həmin kimyəvi maddələr əllərdə toplanır və dəri məsamələrinə hopur. Qidalanma zamanı əlimizdəki həmin kimyəvi maddələr yediyimiz qida vasitəsi ilə əlimizdən orqanizmimizə keçir. Uzun müddət belə davam etdikdə bədənimizdə toplaşan kimyəvi maddələr orqanlara zərər verir.

Pediatr Pəri Həsənova deyir ki, daha çox körpələrin dərisinə təmas edən islaq salfetlər onlarda çox ciddi fəsadlara səbəb ola bilər: “Uşaqların altını çox ana məhz bu salfetlərlə təmizləyir, halbuki su ilə yumağa imkanı və uyğun zamanı var. Lakin analar rahatlğı seçir, uşaq öz bezini çirkləndirəndə yumaq yerinə nəm salfetlə silib yenidən bez bağlayır. Unudurlar ki, bu salfetlər öz tərkibində xeyli kimyəvi maddə saxlayır. Suyun verdiyi təmizliklə nəm salfetlərin verdiyi təmizlik eyni deyil. Analar onun qoxusuna aldanıb təmiz olduğunu düşünür, amma yanılırlar”.

Körpə dərisi daha çox keçiricidir

İslaq salfetlərin uşaqların dərisində qızartı, bişmə, səpki, yaralara səbəb olduğunu deyən həkim analara xəbərdarlıq edir: “Uşaq dərisi olduqca zərifdir, sadə bir səpki və ya qızartı qarşısıalınmaz yaralara səbəb ola bilər. Üstəlik son illər bütün anaların övladını uşaq bezi ilə saxladığını da nəzərə alsaq vəziyyətin nə qədər təhlükəli olduğunu anlayarıq. Uşaq bezlərindəki təhlükə nəm salfetlərdəki təhlükə ilə birləşərsə o zaman uşaqların ciddi problemlərinin yaranacağını təxmin etmək çətin olmaz. Qətiyyən uşaq dərisini nəm salfetlə silməyin, hətta silsəniz belə dərhal su ilə durulayın, çünki dəridəki yaraların üstünə nəm salfetdəki kimyəvi qatqılar hoparsa bu maddələr dəriyə sovrulub qana keçə bilər”.

İstifadə edənlərin çoxluğu, satış rəqəmlərinin yüksəlməsi bu məhsulun hər gün fərqli adlarda fərqli firmalar tərəfindən istehsal edilməsinə rəvac verir. Əslinin zərərli olduğu halda kustar üsullarla da istehsal edilmiş daha təhlükəli nəm salfetlər satışa çıxarılır.

Nəm salfetləridə təxminən 60-a yaxın kimyəvi maddənin qatqısı var, ekspertlər bu maddələrdən yalnız 16-nın insan orqanizminə təhlükə yaratmadığını deyir. Kimya mühəndisi Gülnarə Abbasova deyir ki, zərərli olmayan maddələr su, yağlar, nəmləndirici kremlərdir, qalan digər maddələr isə insan orqanizmi üçün təhlükə yaradır: “Ən yüngül halda dəri yaralarına, allergik reaksiyalara, ən ağır hallarda isə zəhərlənmədən kanerogen xəstəliklərə qədər bir çox problemə səbəb ola bilər. Uşaq dərisi normal insan dərisinə nisbətən daha keçiricidir, dəriyə təmas edən istənilən maddə qana tez hopur”.

Müsahibimiz deyir ki, nəm salfetlərin hamısının kimyəvi sellülozadan hazırlandığını da nəzərə alsaq tərkibindəki paraben, alkoqolun təhlükəsini anlamış olarıq.

Görün tərkibində nələr var!

Paraben: Methyl, ethyl, propyl, butyl, isobutyl, benzil adlandırılan 6 növü var, bütün növləri də təhlükəlidir, kansorogen maddələri özündə ehtiva edir. Bir çox Avropa ölkəsində parabenin kosmetik məhsullarda istifadəsi qadağan edilsə də istehsalçılar gizli-gizli ondan istifadə edir. Paraben daha çox döş xərçənginə səbəb olur. Propylene glycol: Benzin tərkibli bir maddədir, dərini təhrik edir, qıcıqlandırır, allergik reaksiyaya səbəb olur, mərkəzi sinir sistemini iflic edir, bəzi orqanların fəaliyyətini pozur. Phenoxyethanol: Dəri allergiyalarına, böyrək və qaraciyər xəstəliklərinə səbəb olur. Peg-40 hydrogenated castor oil: Xərçəng və urək, qan-damar xəstəliklərinin baş səbəbkarı olan trans yağları yaradan maddədir. 2-bromo-2 nitropropame-1, 3 diol: Zəhərli maddədir, allergik reaksiyalara səbəb olur. Methylisothiazolinone: Dəriyə təması qətiyyən yolverilməzdir, təması zamanı dəri yanıqlarına səbəb ola bilər. Sodium hidroksit: Dəri yanmalarına səbəb olur, insanı digər kimyəvi maddələrə qarşı həssaslaşdırır. Mədəyə düşərsə öldürər, tutulmuş kanalizasiyaların açılması üçün istifadə edilir. Formaldehid: Kanserogen maddədir. Nəinki uşaq məhsullarında, bütün növ kosmetik məhsullarda istifadəsi qadağandır. Tənəffüs edilməsi, udulması və dəri ilə təması çox təhlükəlidir. Triclosan: Qaraciyər xəstəliklərinə səbəb olduğu barədə ciddi elmi təcrübələr var. Carbomer: Tənəffüs edilməsi belə zərərlidir. Dəriyə təması zamanı dərhal sabunla yuyulmalıdır. Sodium benzoate: Qaraciyərə və mərkəzi sinir sisteminə zərər verir. Paraffinum liquidum: Dərinin məsamələrini turaraq dəri xəstəliklərinə, xərçəngə səbəb olur. Benzl alcohol: Dərini təhrik edən, allergik xəstəliklər törədən, qaraciyər və sinir sistemini məhv edən kimyəvi maddədir. Benzyl benzoate: Ağıza düşdüyü an zəhərlənmə yaradır, gözü və dərini ciddi formada hədələyir. Fragrance: Bu bir ətirdir və özündə 200 kimyəvi maddəni cəmləyir. Sinir sistemi xəstəlikləri, allergiya və ekzema kimi xəstəliklərə səbəb olur. 3-lodo-2 propynyl butyl carbonate: Dəridə ciddi allergik reaksiyalara səbəb olur. Cetrimonium chloride: Dəri allergiyasına, səpkilərə və sinir sistemində qıc olmalara səbəb olur. Polyquaternium 7: Tənəffüs edildikdə nəfəs borusunda ciddi problem yaradır, dəriyə toxunarsa yanıqlara səbəb olur. Coumarin: Tənəffüs edildikdə qəfil ölümə səbəb olur.

Lalə Mehralı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Avqust 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see304

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see285

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see281

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see243

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see235

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see223

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see222

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see212

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see210

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see208

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see202

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see202

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see195

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see192

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see187

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see187

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see185

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see184

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see173

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri