Icma.az
close
up
RU
Nemət Pənahlının mühafizəçisi, Jirinovski və Ramiz Mehdiyevin “toy əhvalatı” Siyavuş Novruzovun siyasi portreti KONKRET

Nemət Pənahlının mühafizəçisi, Jirinovski və Ramiz Mehdiyevin “toy əhvalatı” Siyavuş Novruzovun siyasi portreti KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müsibət oluruq biz,
Tərs düşəndə yerimiz.
QABİL

İnanın Allaha, hər dəfə onun adını eşidəndə, dodağım qaçır, üzünü görəndə isə, məni gülmək tutur. Adamın yeri doğrudan da tərs düşüb, mühafizəçi olmaq üçün doğulan, həyatı boyu mühafizəçi olan bir adam indi Milli Məclisdə xalqa vəkillik edir, Azərbaycanın dahilər yetirən bir bölgəsini təmsil edir. Ona görə də deyirlər ki, qızıldan taxtın olunca, quruca bəxtin olsun. Qəhrəmanımın nəyi olmasa da, bəxti var…

Hardasa tay-tuşuq, jurnalist kimi onun şüurlu həyatını, təsadüfən çıxdığı siyasət pilləkənində eniş və yoxuşlarını izləmək, yaxından görmək, hətta üzbəüz söhbət etmək imkanlarım olub. Və mən bu imkanlardan həmişə istifadə etmişəm. İlk dəfə onu mühafizəçi kimi görmüşəm, yaddaşımda elə-belə də qalıb. Söz vaxtına çəkər deyirlər, 1988-ci ilin Meydan hadisələri idi. Bütün tələbələr meydanda idi, bəndəniz də onların ön sıralarında. Nemət Pənahlı gündüz Azadlıq Meydanında odlu şıxışlar edir, Rusiya İmperiyasını, Kommunist Partiyasını alovlu tənqidlər edir, gecələr də, deyilənə görə, yaxınlıqda – “Yeni İnturist” Mehmanxanasında, “Lyuks” nömrələrdə gecələyirdi.

Varlığa nə darlıq – pul xəzəl kimi gəlirdi. Rayondan, şəhərdən gələn imkanlı, vəzifəli adamlar kisələrlə gətirirdilər, bulvarda qurulmuş çadırların birində məskunlaşan Rəsul adlı birinə təhvil verirdilər. Nemət Pənahlı şəxsən “trubina”dan (öz ifadəsidir – red) elan etmişdi ki, “Rəsul Rəsulov” mənim etibar etdiyim adamdır, ona özüm kimi inanıram. Mən bütün bunları niyə yazıram?! Yaxşı yadımdadır, həmin dövrdə Neməti Meydanda camaatın içindən keçirən və tribunaya gətirən, 10-15 mühahizəçidən ibarət bir dəstə vardı, hamısı cavan, idmanşı uşaqlardı. Bax, həmin vaxt həmin bu mühafizəçilərin başında mənim qəhrəmanım – Siyavuş Novruzov dururdu. Adam onda hələ müsibət deyildi, hələ yerində idi…

Sonra Meydan Hərəkatı dağıdıldı, onun lideri Nemət Pənahlı ag xalatda, “Təcili yardım” maşınında aradan şıxdı. Bax, həmin vaxt mən qəhrəmanımın izini itirdim. Bilmədim, “Təcili yardım”da Nemətlə getdimi, onunla İrana “qızıl səfəri” etdimi?! Amma sonrakı illərdə, Xalq Cəbhəsi dövründə Siyavuş Novruzovun adı çəkilmədi və özü gözə dəymədi. Mən həmin dövrdə “SƏS” qəzeti ilə əməkdaşlıq etmişəm və öz məqalələlərimi çap etdirmişəm. Qəzetin Redaksiyası Əli Nağıyevin işlədiyi EA-nın Riyaziyyat İnstitutunda yerləşirdi. Baş redaktor Ağabəy Əsgərov idi, məqalələri jurnalist həmkarımız Səyyad Aran qəbul edirdi. Mən dəfələrlə bu məkana gəlib getmişəm, yazılarımı vermişəm, amma burda qəhrəmanıma bir dəfə də rast gəlməmişəm, adını da eşitməmişəm…

Qəhrəmanımın siyasətə gəlişi, şahmat dili ilə desək – debüt gedişi 1992-ci il noyabrın 21-nə, Yeni Azərbaycan Partiyasının (YAP) Naxçıvanda keçirilən təsis konfransına təsadüf edir. Konfransda yüzlərlə tanınmış şəxslər, elm, mədəniyyət, sənət adamları iştirak edirdi, onlardan biri də Siyavuş Novruzov idi. Düzü, qəhrəmanımın bu mötəbər tədbirə necə gəldiyini, hansı statusda iştirak etdiyini indi də bilmirəm. Axı Vikipediyanın məlumatına gərə, o, 1990 – 93-cü illərdə I Qarabağ Müharibəsində iştirak edib, bəlkə tədbirə hərbçi kimi gəlib?! Düşünürəm ki, yeganə mümkün və məqbul status Nemət Pənahlının nümayəndəsi statusu ola bilərdi, zira, Nemət Pənahlı həmin vaxt AXC hakimiyyətinin göstərişi ilə həbs edilmişdi. Qəhrəmanım tədbirdə çıxış etməsə də, iştirak edirdi, qulaq asırdı və indi də bu barədə məmnuniyyətlə danışır, amma tədbirdə statusu barədə söhbət açmır…

Sonra AXC hakimiyyətinin səriştəsizliyi səbəbindən Azərbaycanda siyasi təlatümlər başlayır, hakimiyyət böhranı yaranır və yenicə müstəqillik qazanmış ölkə vətəndaş müharibəsinin astanasında dayanır. Xalqın tələbi, AXC hakimiyyətinin xahişi ilə Heydər Əliyev hakimiyyətə qayıdır. Ermənistan – Azərbaycan müharibəsində atəşkəs elan olunur, Əsrin Neft müqaviləsi imzalanır və Azərbaycanda dövlət quruculuğu dövrü başlayır. Qəhrəmanın da fürsəti əldən buraxmır, BDU-nun Hüquq fakultəsinə qəbul olunur. 1995-ci ildə təhsilini bitirir, YAP Gənclər Təşkilatının sədri seçilir və partiya ofisində mühafizəçi kimi fəaliyyət göstərir. 2000-ci ildə YAP-ın siyahısı ilə Milli Məclisin deputat seçilir və Partiyanın İcra katibinin ikinci müavini təyin edilir. Beləliklə, mühafizəçi qəhrəmanımın siyasi fəaliyyət – parlament dövrü başlayır. Bu dövrdə elmlər namizədi, hətta doktoru səviyyəsinə yüksəlir…

Sovet dövründən qalma bir pritça var, originaldır, Siyavuş Novruzov da tez-tez təkrar etməyi sevir. Çünki faktiki olaraq, onun siyasətə gəlişini təsvir edir. Deməli, alpinistlər də, turistlər də zirvəyə qalxırlar. Amma birincilər addım-addım əziyyətlə, ikincilər isə vertolyotla ləzzətlə qalxırlar. Odur ki, onların zirvədən aldıqları ləzzət, məmnuniyyət də fərqli olur. Birincilər ruhən qələbə hissi keçirir, ikincilər telefonla şəkil çəkir. Bilmirəm, qəhrəmanım bunların hansındandır, hansı hissləri keçirir və təyin etməyi oxucuların öhdəsinə buraxıram. Özüm isə fikirlərimi davam etdirirəm, qəhrəmanımın siyasi fəaliyyətindən danışmaq istəyirəm. Düşünürəm ki, onun siyasi fəaliyyətini iki yerə bölmək olar: 1-Ramiz Mehdiyevin toyuna qədərki və 2-toydan sonrakı dövr…

Düşünürəm ki, 1-ci dövrdə qəhrəmanım parlamentdə də, tele-efirlərdə də özünü məhrum rus siyasətçisi Vladimir Jirinovski kimi aparırdı. Çox ötkəm danışırdı, müxalifətin “pişiyini ağaca dırmaşdırırdı”, yeri gəldi-gəlmədi, səs-küy salırdı. Yeri gəlmişkən, mən jurnalist kimi, həm Jirinovski, həm də Novruzovla görüşmüşəm, müşahidə etmişəm, müsahibə götürmüşəm. Hər ikisi boylu-buxunlu, görkəmli adamlar idilər. Amma bununla da oxşar cəhətləri qurtarırdı – birinci istedadlı aktyor, çox savadlı, məlumatlı şəxsiyyət, ikinci sıradan bir adam, adi mühafizəçi təsiri bağışlayırdı. Savadı, məlumatı ilə bərabər, həm də elə bil, cəsarəti çatışmırdı. Həyatda da belə idi, Novruzovun səs-küyü həmişə gəlirdi, amma qollarını çırmayıb bir nəfərin üstünə getdiyini kimsə görməmişdi.

Və qəhrəmanımın siyasi həyatında o məşum hadisə, bağışlanmaz səhv – Ramiz Mehdiyevin nəvəsinin toyu. Çoxu elə bilirdi ki, bu hadisədən sonra yuxarıda oturanlar Siyavuş Novruzovu bağışlamayacaqlar, onu YAP-dan, ümumiyyətlə, siyasi səhnədən uzaqlaşdıracaqlar, ən yaxşı halda, partiyanın mühafizəçisi vəzifəsinə qaytaracaqlar. Amma hakimiyyətdə Heydər Əliyev siyasəti davam edir və Heydər Əliyevin Azərbaycan kişisinə məxsus klassik xarakteri vardı: xəyanəti heç vaxt bağışlamazdı, sədaqəti heç vaxt yaddan çıxarmazdı. Siyavuş Novruzovun da çörəyi dizinin üstündə olan adam deyil, səhvləri olsa da, heç vaxt xəyanəti olmayıb, hakimiyyətə həmişə, hətta ən çətin dövrlərdə sadiq olub. Həmin bu sədaqətinə görə də, onu bağışlayırlar və siyasətdə saxlayırlar…

Siyavuş Novruzovun siyasə fəaliyyətindəki ikinci, yəni toydan sonrakı dövr isə, artıq gülməli deyil, hətta ağlamalıdır. Adam özünü məlum rus siyasətçisi Dmitri Medvedev kimi aparır. Yeri gəldi-gəlmədi danışır, qeyri-adekvat aparır, hətta tele-efirlərə qeyri-ayıq çıxır. Mən şəxsən onun bu vəziyyətini şəxsən müşahidə etmişəm, tele-efirlərdə görmüşəm. Adam sözünü yaddan çıxarır, kəkələyir, toku amperlə, suyu vedrə ilə ölçür, bir sözlə, ağzından qatıq tökülür. Amma burda da, miqyaslar fərqli olduğu kimi, statuslar da fərqlidir. Medvedev dünya səviyyəli ali hüquqşünasdır, hətta qeyri-ayıq olanda da səhv buraxmır. Mənim qəhrəmanım isə, de-yure hüquqşünas olsa da, de-fakto adi mühafizəçidir, qeyri-ayıq olanda səhv edə bilir.

Nəhayət, qəhrəmanımın səhvləri barədə. Siyavuş Novruzov son vaxtlar Milli Məclisdə müxalifət nümayəndəsi kimi çıxış etməyə başlayıb, hətta Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi tənqid edir, ona yerli-yersiz iradlar bildirir. Adam başa düşmür, ya da düşmək istəmir ki, deputat Novruzov da, nazir Babayev də hakim partiyadandırlar, bir komandadırlar. Novruzov Milli Məclisin açıq iclaslarında Babayevi dəstəkləməlidir, onun vəkili kimi çıxış etməlidir. Əgər nazirə etirazı, ya iradı varsa, YAP-ın qapalı iclasları var, orda çıxış etməli, öz sözünü deməlidir. Sonra deputat Novruzovun veteran müavinəti – 80 manatın artırılması ilə bağlı çıxışları, nazirdən bunu tələb etməsi gülməlidir, gözdən pərdə asmaqdan, siyasi xal qazanmaqdan başqa bir şey deyildir. Yəni, “100 ilin deputatı” bilmir ki, veteran müavinətlərini artırmaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işi deyildir, bu, faktiki olaraq, Milli Məclisin səlahiyyətində olan bir məsələdir. İstəyirsiz səs verin, artırın, kim sizə mane olur?!

Və son olaraq… Səhvlərin siyahısını artırmaq olar, amma düşünürəm ki, hamıya hər şey aydındır. Şair düz deyir: Müsibət oluruq biz, tərs düşəndə yerimiz…

Rəsmiyyə Şərifova,
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://konkret.az
archiveBu xəbər 28 Noyabr 2024 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri