Nepalda möcüzəvi xilas: 9 gün sonra iki nəfər sağ tapıldı
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Nepalda baş verən dağıdıcı daşqınlardan 9 gün sonra xilasedicilər tunellərdə axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər. Son məlumatlara görə, dağıntılar altında qalan tunellərdən birində iki nəfər sağ-salamat xilas edilib.
Redaktor.az xəbər verir ki, xilasetmə işləri əsasən dörd su-elektrik stansiyası ətrafında aparılır.
Mütəxəssislər tunellərdə hava boşluqlarının qalmasının insanların uzun müddət sağ qalmasına imkan verə biləcəyini bildirirlər. Xilasedicilər sağ qalanların tapılması ümidi ilə tunellərə oksigen vururlar.
Təbii fəlakət nəticəsində Nepalda əmlak, evlər və infrastruktur obyektlərinə azı 387,5 milyard Nepal rupisi, yəni təxminən 2,56 milyard dollar ziyan dəyib.
Daşqınların yaratdığı palçıq, qaya və dağıntılar tunellərin girişlərini bağladığından xilasetmə işləri ciddi çətinliklərlə üzləşir. Mühəndislər və xilasedicilər texniki məlumatları operativ şəkildə paylaşmaq üçün 500-dən çox üzvün olduğu “WhatsApp” qrupundan istifadə edirlər.
Rəsmilərin ehtimalına görə, təxminən 900 itkin şəxsin taleyi altı su-elektrik stansiyası ilə bağlı ola bilər. Fəlakət nəticəsində ölkənin elektrik enerjisi istehsal gücünün təxminən 10 faizi sıradan çıxıb.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 04 Sentyabr 2026 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















