Icma.az
close
up
RU
Nəqliyyat məsələlərinin həll olunması iqtisadi inkişaf üçün böyük əhəmiyyət daşıyır ŞƏRH

Nəqliyyat məsələlərinin həll olunması iqtisadi inkişaf üçün böyük əhəmiyyət daşıyır ŞƏRH

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son illər ərzində Azərbaycan nəqliyyat infrastrukturu sahəsində mühüm uğurlar əldə edərək, regionun əvəzolunmaz nəqliyyat mərkəzlərindən birinə çevrilib. Yanvarın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı, ölkədə bu sahəyə göstərilən diqqəti bir daha nümayiş etdirdi. Prezident çıxışında Azərbaycanın nəqliyyat siyasətində qazandığı nailiyyətlər və gələcək planlar haqqında mühüm məqamları vurğuladı.

Azərbaycanın paytaxtı Bakı şəhəri və onun ətrafında yerləşən ərazilər nəqliyyat infrastrukturunun inkişafı baxımından xüsusi diqqət mərkəzindədir. Bakı şəhərində tıxacların azaldılması, ictimai nəqliyyatın keyfiyyətinin artırılması və yeni yolların salınması istiqamətində genişmiqyaslı layihələr icra olunur. Metro xətlərinin genişləndirilməsi, şəhərdaxili avtobus parklarının yenilənməsi və müasir yol qovşaqlarının yaradılması bu sahədə atılan mühüm addımlardandır.

Prezident İlham Əliyevin müşavirədə qeyd etdiyi kimi, Bakı və ətraf ərazilərdə nəqliyyat məsələlərinin həll olunması həm şəhər sakinlərinin rahatlığı, həm də ümumi iqtisadi inkişaf üçün böyük əhəmiyyət daşıyır. Xüsusilə, yeni avtomobil yollarının salınması və mövcud yolların yenidən qurulması bu istiqamətdə əhəmiyyətli rol oynayır.

Azərbaycan hökuməti nəqliyyat sahəsini strateji prioritetlərdən biri hesab edir və bu sahədə genişmiqyaslı layihələr həyata keçirir. Son illərdə ölkə ərazisində yeni avtomobil yolları, körpülər və tunellər inşa edilib, dəmir yolu şəbəkəsi müasir standartlara uyğun yenidən qurulub. Xüsusilə, regionlarda kəndləri birləşdirən yolların çəkilməsi kənd təsərrüfatının inkişafına və insanların rahatlığının təmin olunmasına xidmət edir.

Azərbaycanın coğrafi mövqeyi ölkəmizə beynəlxalq nəqliyyat dəhlizlərində mühüm yer tutur. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin birləşdiyi nöqtədə yerləşən Azərbaycan, bu dəhlizlərdən səmərəli istifadə etməklə regionun mühüm nəqliyyat mərkəzinə çevrilib. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycan olmadan təsəvvür etmək mümkün deyil.

Xüsusilə, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, Şimal-Cənub nəqliyyat dəhlizi və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələr Azərbaycanın qlobal nəqliyyat sistemindəki rolunu daha da artırıb. Bu layihələr vasitəsilə Azərbaycan təkcə region üçün deyil, həm də dünya üçün strateji əhəmiyyətli bir ölkə kimi tanınır.

Son illər ərzində həyata keçirilən davamlı inkişaf strategiyası Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzlərindən birinə çevirmişdir. Müasir yol və dəmir yolu infrastrukturu, hava limanlarının yenilənməsi və beynəlxalq limanlar bu mövqeyi möhkəmləndirir. Prezident İlham Əliyev çıxışında Azərbaycanın nəqliyyat sahəsində əldə etdiyi uğurların davam etdiriləcəyini və bu sahədə yeni layihələrin reallaşdırılacağını vurğulayıb.

Azərbaycanın nəqliyyat siyasəti ölkənin iqtisadi inkişafının təməl sütunlarından birinə çevrilib. Beynəlxalq dəhlizlərin inkişafı, Bakı və ətraf ərazilərin nəqliyyat problemlərinin həlli və bütün ölkə üzrə müasir infrastrukturun yaradılması Azərbaycanın bu sahədə dünya miqyasında önəmli mövqe qazanmasını təmin edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət ölkənin dayanıqlı inkişafına və beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verir.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Fevral 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri