Icma.az
close
up
RU
Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 136,9 milyon ton yük daşınıb

Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 136,9 milyon ton yük daşınıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 15 avqust, AZƏRTAC

2025-ci ilin yanvar-iyul ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,6 və 5 faiz artıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 136,9 milyon ton yük daşınıb. Yüklərin 3,9 faizi dəniz, 7,2 faizi dəmir yolu, 0,2 faizi hava, 60,6 faizi avtomobil nəqliyyatı, 28,1 faizi isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 4,1 faiz artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 79,4 faiz təşkil edib.

2025-ci ilin yanvar-iyul aylarında nəqliyyatçılar 1187,7 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88,6 faizi avtomobil nəqliyyatı, 10,7 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə 2025-ci ilin yanvar-iyul aylarında 9,8 milyon ton yük, 5478,6 min sərnişin daşınıb, 2024-cü ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 9,5 faiz azalma, sərnişin daşınmasında isə 21,1 faiz artım müşahidə olunub.

Dəniz nəqliyyatı ilə 2025-ci ilin yanvar-iyul aylarında daşınmış yüklərin həcmi 5395 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 10 faiz artıb. Yüklərin 48,2 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 7906,7 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 6399 min tonunu və ya 80,9 faizini tranzit yüklər təşkil edib.

2025-ci il avqust ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 338,6 min ton olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən 5,7 faiz azalaraq 14,8 min nəfər olub.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 83,1 milyon ton yük, 1052,3 milyon sərnişin daşınıb və 2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə müvafiq olaraq 7,1 faiz və 5,8 faiz artım qeydə alınıb.

Sərnişinlərin 95,5 faizi avtobus, 4,5 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 8,7 faiz, sərnişin dövriyyəsi isə 8 faiz artıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 1,9 faiz azalaraq 127,6 milyon nəfər olub.

Hava nəqliyyatı ilə 2282 min və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,7 faiz çox sərnişin daşınıb, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 4,2 faiz azalaraq 223,5 min ton olub.

Magistral neft kəmərləri ilə 21553,9 min ton neft nəql edilib. Nəqletmənin 75 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-iyul ayları ərzində bu kəmər vasitəsilə 16156,1 min ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,6 faizini və ya 13510,2 min tonunu Azərbaycanda hasil edilən neft, 16,4 faizini və ya 2645,9 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Magistral qaz kəmərləri ilə 23 milyard 423,8 milyon kub-metr qaz nəql edilib və 2024-cü ilin yanvar-iyul aylarına nisbətən 1,9 faiz azalma müşahidə olunub. Qazın nəqlinin 56,4 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 13 milyard 217,2 milyon kub-metr qaz ötürülüb.

2025-ci ilin yanvar-iyun aylarında nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 7120,1 min ton, dəniz nəqliyyatı ilə 3752,2 min ton və avtomobil nəqliyyatı ilə 5307,7 min ton yük daşınıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Avqust 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see184

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see140

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri