Icma.az
close
up
RU
Ötən il nəqliyyat sektorunda 238 milyon tondan çox yük daşınıb AZƏRTAC

Ötən il nəqliyyat sektorunda 238 milyon tondan çox yük daşınıb AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 17 yanvar, AZƏRTAC

Nəqliyyat 2024-cü ildə yük və sərnişin daşımaları əvvəlki illə müqayisədə müvafiq olaraq 3,9 faiz və 8,5 faiz artıb. Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 238,8 milyon ton yük daşınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 3,6 faizi dəniz, 7,8 faizi dəmir yolu, 0,2 faizi hava, 60 faizi avtomobil nəqliyyatı, 28,4 faizi isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,2 faiz artıb. Qeyd edək ki, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 79,3 faiz təşkil edib. 2024-cü ildə nəqliyyatçılar 2,088 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88,4 faizi avtomobil nəqliyyatı, 11 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə 2024-cü ildə 18,5 milyon ton yük, 8531,2 min sərnişin daşınıb, 2023-cü illə müqayisədə yük daşınmasında 1,4 faiz, sərnişin daşınmasında isə 18,7 faiz artım müşahidə olunub. Orta hesabla sutkada 369 vaqon yüklənib, 441 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,2 min ton, Qərb istiqaməti üzrə 4,2 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib. Dəniz nəqliyyatı ilə 2024-cü ildə daşınmış yüklərin həcmi 8621,4 min ton təşkil etmiş və əvvəlki ilə nisbətən 4,3 faiz azalıb. Yüklərin 48,9 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 14051,7 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 11315,8 min tonunu və ya 80,5 faizini tranzit yüklər təşkil edib. 2025-ci il yanvar ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 653 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilə nisbətən 19,8 faiz artaraq 28,4 min nəfər olub.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 143,5 milyon ton yük, 1,846 milyon sərnişin daşınmış və əvvəlki illə müqayisədə müvafiq olaraq 6,9 faiz və 9 faiz artım qeydə alınıb. Sərnişinlərin 95,1 faizi avtobus, 4,9 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 8 faiz, sərnişin dövriyyəsi isə 10,8 faiz artıb. Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 4,6 faiz artaraq 229,5 milyon nəfər olub. Hava nəqliyyatı ilə 4014,7 min və ya 37,9 faiz çox sərnişin daşınıb.

Daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 15 faiz artaraq 411 min ton olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Yanvar 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri