Icma.az
close
up
RU
Nərgiz Cəlilova: Dilimizin vurğu və tələffüz qaydalarını öyrənmək üçün əlçatan rəqəmsal resurslar yaradılmalıdır

Nərgiz Cəlilova: Dilimizin vurğu və tələffüz qaydalarını öyrənmək üçün əlçatan rəqəmsal resurslar yaradılmalıdır

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 13 noyabr, Gülay Nəzərova, AZƏRTAC

Azərbaycan dilinin saflığını qorumaq, ilk növbədə, milli kimliyimizin və mədəni yaddaşımızın qorunması deməkdir. Bu səbəbdən sözün düzgün işlənməsi, vurğusundan tutmuş tələffüzünə qədər, hər birimiz üçün vacib məsələ olmalıdır. Bu gün müşahidə olunur ki, gənc nəsil arasında heca vurğusu ilə bağlı ciddi problemlər mövcuddur. Sözlərin düzgün tələffüzü, xüsusilə efirdə və ictimai çıxışlarda çox önəmlidir. Təəssüf ki, bu sahədə müəyyən boşluqlar var. Gənclər çox zaman sözlərin vurğusunu səhv deyirlər. Bunun əsas səbəbi isə onların ibtidai təhsil mərhələsində bu mövzuda kifayət qədər bilik əldə etməmələridir. Dilin təməlləri o yaşlarda qoyulmadığı üçün sonradan bunu düzəltmək daha çətin olur.

Bunu AZƏRTAC-a açıqlamasında Əməkdar artist, telejurnalist Nərgiz Cəlilova deyib.

O, digər mühüm problemin rəqəmsal resursların çatışmazlığı olduğunu bildirib: “Bu gün texnologiya dövründə insanlar məlumatı əsasən internet vasitəsilə əldə edirlər. Təbii ki, “Azərbaycan dilinin izahlı lüğəti” çoxcildliyi mövcud olsa da, lakin müasir dövrün sürətli informasiya tempinə uyğunlaşmaq vacibdir. Məsələn, sözün vurğusunu və tələffüzünü öyrənmək üçün lüğətə baxmaq əvəzinə, “Google” və digər axtarış sistemlərinə birbaşa yazanda sözlərin heca vurğusunu dərhal görmək mümkün olmalıdır. Təəssüf ki, bu sahədə Azərbaycan dilinin vurğu və tələffüz qaydalarını öyrənmək üçün yetərli rəqəmsal resurslar hələ mükəmməl deyil. Halbuki rus, ingilis və digər dillərdə bu imkanlar uzun illərdir ki, mövcuddur. Bu boşluq nəticəsində gənclər sözün düzgün formasını deyil, eşitdikləri yanlış tələffüzü təkrarlayırlar ki, bu da dilin saflığına və nitq mədəniyyətinə zərbə vurur”.

Nərgiz Cəlilova diqqətə çatdırıb ki, həm dövlət qurumları, həm də dilçi alimlər bu sahədə əməkdaşlıq etməli və gənclərin Azərbaycan dilini düzgün, səlis və sevə-sevə öyrənməsinə şərait yaratmalıdırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see170

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see148

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see141

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see133

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see132

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see129

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri