Nəriman Abbasov qardaşının xatirəsinə həsr etdiyi zalı istifadəyə verdi FOTO
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Tanınmış MMA idmançısı Nəriman Abbasov Bakının Yeni Ramana qəsəbəsində qardaşının xatirəsinə həsr etdiyi idman zalının açılışını edib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Arzuman” MMA-Fitnes zalının açılışında gənclər və idman naziri Fərid Qayıbov, Nəriman Abbasovun məşqçisi Şəhriyar Abbasov və digər şəxslər iştirak ediblər.
Nazir Fərid Qayıbov zalla tanış olub, burada yaradılmış şərait və müasir məşq avadanlıqları ilə yaxından maraqlanıb, idmançılarla görüşərək onlarla söhbət edib.
Qeyd edək ki, bu barədə Azərbaycanın qarışıq döyüş növləri üzrə idmançısı Nəriman Abbasovun şəxsi məşqçisi Şəhriyar Abbasov İdman.Biz-ə açıqlamasında məlumat vermişdi. Onun sözlərinə görə, Nəriman Abbasov zalı 2020-ci ilin fevralında dəm qazından boğularaq faciəli şəkildə dünyasını dəyişən kiçik qardaşı Arzumanın xatirəsinə həsr edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 16 Oktyabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















