Nəriman Axundzadə ABŞ a niyə gedə bilmir? Problem...
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Nəriman Axundzadənin ABŞ-yə yollanması vizadan çox, iş icazəsindən asılıdır.
Axar.az xəbər verir ki, bu barədə Report-a 21 yaşlı hücumçu ilə əməkdaşlıq edən futbol agenti Tural Əsgərov açıqlama verib.
O, Azərbaycan millisinin hücumçusunun sənədlərinin qaydaya düşməsini gözlədiklərini bildirib:
"Doğrusu, hazırda vizadan çox, Nərimanın iş icazəsinin həllini gözləyirik. Bu işlə də onun çıxış edəcəyi "Kolambus Kryu" komandası məşğul olur. Yaxın günlərdə bu məsələ həllini tapmalıdır. Bu məsələ düzələndən sonra viza tez bir zamanda düzələcək. Viza mövzusu narahatlıq yaratmır".
Xatırladaq ki, Nəriman Axundzadənin "Kolambus Kryu" ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. ABŞ təmsilçisi futbolçu üçün "Qarabağ"a 1 milyon avrodan bir az çox ödəniş edəcək.
Baxış sayı:109
Bu xəbər 26 Fevral 2026 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















