Nəriman Axundzadə Messidən 45 dəfə az pul qazanır
Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
Nəriman Axundzadənin MLS-dəki maaşı açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, bu məlumat MLS Oyunçular Assosiasiyasının rəsmi maaş bələdçisində yer alıb. 2026-cı il üçün açıqlanan siyahıda Nərimanın illik əsas məvacibi 550 min ABŞ dolları (935 min manat – red.) göstərilib. Onun vergilər daxil illik ödənişi isə 633389 dolları (1 milyon 77 min manat – red.) təşkil edir.
MLS-də ən çox qazanan futbolçusu isə “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messidi. Onun illik əsas maaşı 25 milyon ABŞ dollarıdı. Ulduz futbolçunun vergilər daxil illik ödənişi isə 28 milyon 333 min 333 ABŞ dollarına çatır.
Müqayisə nə qədər qəribə görünsə də, Messi indi Axundzadədən 45 dəfə artıq pul qazanır.
Xatırladaq ki, Nəriman “Kolambus Kryu”ya bu ilin fevralında “Qarabağ”dan keçib. O, MLS klubuna transfer olunan ilk azərbaycanlı futbolçudu. 22 yaşlı hücumçunun ABŞ təmsilçisi ilə müqaviləsi 2029-cu ilin iyununa qədər nəzərdə tutulub.
Baxış sayı:124
Bu xəbər 15 May 2026 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















